Bazar ertəsi , 29 Aprel 2024

Qarabağ

Bakıdan Füzuliyə ilk kommersiya təyinatlı sınaq uçuşu olub

Sentyabrın 27-də Azərbaycana səfər edən dünya şöhrətli səyyahların iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanına kommersiya təyinatlı sınaq uçuşu olub. Boyukmillet.com  xəbər verir ki, sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib. Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak …

Read More »

Ceyhun Bayramov: “Bütün şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad edirik”

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tvitter səhifəsində 27 sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günüdür. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!”. 27 sentyabr #VətənMüharibəsi Şəhidlərinin #AnımGünüdür. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından …

Read More »

Azərbaycan lideri sakinlərin Şuşaya köçürüləcəyi vaxtı açıqlayıb

“Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib. “Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik. Lakin daha …

Read More »

Bu ilin sonuna qədər azad olunmuş bütün ərazilər elektrik enerjisi ilə tam təmin ediləcək

“İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib. “Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı …

Read More »

Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Rəşid oğlu Quliyevin doğum günü qeyd olunub. Boyukmillet.com xəbər verir ki, bu gün şəhidimizin İkinci Şəhidlər xiyabanında məzarı ziyarət edilib. Tədbirdə R.Quliyevin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər şəxslər iştirak ediblər. Qeyd edək ki, R.Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda doğulub. 1990-1998-ci illərdə …

Read More »

Türkiyə və İran Araşdırmalar mərkəzlərinin nümayəndələri sabah Ağdama səfər edəcək

“Biz bu gün Azərbaycan, Türkiyə və İran münasibətlərini müzakirə edəcəyik”. Boyukmillet.com-un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. Onun sözlərinə görə, region ölkələri öz problemlərini özü həll etməlidir: “Biz daha detallı şəkildə bu məsələləri müzakirə edəcəyik. Onu da qeyd edim ki, sabah Türkiyə və İran Araşdırmalar mərkəzlərinin nümayəndə heyətlərinin Ağdama səfəri planlaşıdırılır”.

Read More »

“Azərişıq” Kəlbəcərin küçələrinə işıq verib

“Azərişıq” ASC Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib. Bu barədə  qurumdan məlumat verilib. Məlumata görə, hazırda Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyətli etmək üçün əsaslı işlər görülür. 110 kV-lıq Kəlbəcər xəttinə elektrik enerjisi ötürəcəkDaşkəsəndə yerləşən 110 kV-luq yeni “Daşkəsən” yarımstansiyası inşa edilir. Həmçinin mənbə kimi …

Read More »

Azərbaycan ərazisinə keçmiş mülki erməniləri qarşı tərəfə qaytarıb

Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib. Boyukmillet com xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycan tərəfi saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb. Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yayıb. Ermənistan onların …

Read More »

Şuşada Milli Musiqi Günü keçirilir

Bu gün işğaldan azad ediləndən sonra Şuşa şəhərində ilk dəfə Milli Musiqi günü keçirilir. “Report”un Şuşaya ezam olunan əməkdaşı məlumat verir ki, tədbirdə iştirak edən nümayəndə heyəti Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar. Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir bu dəfə …

Read More »

Mədəniyyət xadimləri Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

Azərbaycanın mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir. Boyukmillet.com məlumatına görə, onlar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər. İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib. Hazırda qala divarlarında təmir işləri davam edir. Qeyd edək ki, …

Read More »