Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

Kəlbəcərdə çörəkbişirmə sexi açılıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə hərbi şəhərciklərin və digər hərbi struktur obyektlərinin kompleks şəkildə inşa edilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində aparılan işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçuların qida təminatının daha da yaxşılaşdırılması məqsədilə Kəlbəcər şəhərində çörəkbişirmə sexinin açılışı olub. Açılış mərasimində müdafiə nazirinin müavinləri – …

Read More »

Rusiya XİN Qarabağ razılaşmalarının əsas nəticəsini açıqlayıb: “Hazırda vəziyyət sabitdir”

“Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında ötən il Rusiya, Azərbaycan və Ermənistan arasına əldə olunmuş razılaşmaların əsas nəticəsi münaqişə zonasına sabitliyin əldə olunmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. Nazirin sözlərinə görə, Rusiyanın sülhməramlı qüvvələri regionda əldə olunmuş sabitliyin saxlanılmasına töhfəsini verir: “Hazırda heç bir zorakılıq aktlarının şahidi olmuruq. İlkin mərhələdə meydana gələn kiçik insidentlər həllini tez tapırdı. Bir daha vurğulamaq …

Read More »

General ermənilərin ən çox itkini hansı istiqamətdə verdiyini açıqlayıb

“Bizim təqvimizdə artıq Zəfər Günü var. Ali Baş Komandan ölkəmizin iqtisadiyyatını gücləndirdi, orduda islahatlar apardı, Ordumuzu ən müasir silahlarla təmin etdi və zamanı gələndə “İrəli” komandası verdi. Düşmən müharibə zamanı ballistik silahlardan tutmuş digər vasitələrlə bizə zərbələr endirdi”. Boyukmillet.com-un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Kadrlar baş idarəsinin rəisi general-mayor Bəkir Orucov deyib. Onun sözlərinə görə, düşmən fikirləşirdi ki, Aprel döyüşlərində …

Read More »

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin açılışı olub

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş kompleksin açılışı olub. Boyukmillet.com xəbər verir ki, Xatirə Kompleksi şəhər qəbiristanlığının ərazisində yerləşir. Kompleksin ərazisində işıqlanma sistemləri qurulub və dekorativ ağaclar əkilib. Xatirə Kompleksində Vətən Müharibəsində şəhid olmuş 97 qəhrəmanın fotosu və onlar haqqında məlumat lövhələri öz əksini tapıb. Qeyd edək ki, Xatirə Kompleksi rayon sakinlərinin təşəbbüsü ilə tikilib. Cəlilabadın 97 …

Read More »

Fransa ekspertləri Azərbaycan ərazilərinin minalardan təmizlənilməsini müzakirə edib

Fransanın paytaxtı Parisdə ikinci Qarabağ müharibəsinin geosiyasi və geoiqtisadi nəticələrinə həsr edilmiş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun təşkilatçılığı ilə Milli Sənaye İnkişafı Cəmiyyətinin ofisində baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, ölkəmizin YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy, fransalı professorlar, akademiklər, …

Read More »

Ukraynanın ekspert və jurnalistləri Vətən müharibəsi ilə bağlı Azərbaycana müraciət ünvanlayıblar

Ukraynalı ekspertlər və jurnalistlər Azərbaycanın Vətən müharibəsinin (II Qarabağ savaşı) başlanmasının ildönümü ilə bağlı müraciət ünvanlayıblar. Tanınmış hərbi ekspert Yuriy Koçevenko tərəfindən “Report”un Şərqi Avropa bürosuna təqdim olunan müraciətdə 27 sentyabr 2020-ci ildə Azərbaycanın əks-hücum əməliyyatı ilə başlayan və qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində həlak olan hərbçilər ilə yanaşı, mülki insanların, o cümlədən müharibədən sonra minaların partlaması nəticəsində həlak olan jurnalistlərin …

Read More »

Sahibə Qafarova Anım Günü ilə bağlı paylaşım edib

Milli Məclisin sədri Sahibə Qafarova tviter səhifəsində 27 sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini böyük ehtiramla yad edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfalar diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Read More »

Ekspert: “Azərbaycan suverenliyini bərpa etməklə Cənubi Qafqazın gələcəyinə təminat yaratdı”

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 2020-ci il sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatına başlamaqla xalqın suverenliyini, Avropanın təhlükəsizliyini və bütün Cənubi Qafqazın çiçəklənən gələcəyini təmin etdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib. “Azərbaycan Prezidenti İlham Əliyev dövlət idarəetməsində liderlik, qətiyyət və cəsarət nümayiş etdirib və daim BMT Baş Assambleyasının qətnamələrində əks olunmuş …

Read More »

Azərbaycan lideri: “Azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür”

“44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. “Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz …

Read More »

Prezident: “Müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. …

Read More »