Çərşənbə axşamı , 30 Aprel 2024

Qarabağ

Gürcüstanın Baş naziri: “Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”

“Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin xaricdə akkreditə olunmuş diplomatik korpusunun onlayn formatda keçirilən konfransında çıxışında deyib. O, Gürcüstan üçün bölgədə dayanıqlı sülhün bərqərar olmasının son dərəcə vacib olduğunu bildirib. Region ölkələri ilə sıx münasibətlərə toxunan Baş nazirin sözlərinə görə, irəli sürdüyü “dinc qonşuluq” təşəbbüsü bölgədə dialoqun inkişafı, …

Read More »

Şoyqu: “Rusiya sülhməramlıları Qarabağda sülhün təminatçısıdır”

“Qarabağdakı Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti sülhün qorunub saxlanmasının təminatçısıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda və ona bitişik rayonlarda dinc həyatın bərqərar olması üçün şərait yaradırlar. “Bir ildən artıqdır ki, Rusiya sülhməramlıları dinc həyatın bərqərar olmasına şərait yaradır, Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasına kömək edir. Regionda bir …

Read More »

Müdafiə naziri yazarlara Vətən müharibəsi ilə bağlı tövsiyə edib

“Müdafiə naziri və uzun illər xidmət edən hərbçi kimi bir məsələyə aydınlıq gətirmək istəyirəm. Döyüşlərin gedişində biz Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin hazırlıq səviyyəsinin aşağı olduğunun və çətin vəziyyətlərdə fərarilik etdiyinin şahidi olduq. Ancaq onu da etiraf etməliyik ki, Ermənistan ordusu bir çoxlarının düşündüyü qədər zəif və gücsüz deyildi. Onlar 30 il ərzində işğalda saxladıqları əraziləri mühəndis-istehkam baxımından tam möhkəmləndirə …

Read More »

Zakir Həsənov Şuşa əməliyyatının təfərrüatlarını açıqlayıb

“Şuşa ermənilər üçün bütün Qarabağı nəzarətdə saxlayan strateji yüksəklik və bölgənin əsas müdafiə sütunu idi. Şuşa Xankəndinin müdafiəsini təmin edirdi. Onu Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus vilayəti ilə bağlayan yol da məhz buradan keçirdi. Şuşanı azad etmək Vətən müharibəsinin ən mühüm zirvəsi idi”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib. …

Read More »

Müdafiə naziri: “Vətən müharibəsi əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik salnaməsi olacaq”

“Haqq savaşında canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə əbədi ehtiramımız daim davam edəcək, onların xatirəsi yaddaşlarda əbədi yaşayacaq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib. “Vətən müharibəsi bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandanımızın müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük …

Read More »

Zakir Həsənov: “Anlayırdıq ki, Ermənistan vəziyyəti gərginləşdirmək məqsədilə hərbi təxribatlar planlaşdırır”

“Bir faktı xüsusi vurğulamalıyam ki, Azərbaycan Ordusunun ən müasir, yeni nəsil silahlarla təchiz olunması, hərbi təlimlərdə məşq etdirilən xüsusi döyüş tapşırıqları Müdafiə Nazirliyi tərəfindən tam həcmdə açıqlanmırdı. Çünki müharibə vəziyyətində olan ölkənin hərbi potensialı məxfi saxlanılmalıdır”. “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib. “Lakin düşmən Azərbaycan Ordusunun güclü olduğunu çox yaxşı …

Read More »

Putin sülhməramlıların Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirib

“Rusiya sülhməramlılarının fəaliyyəti sayəsində Qarabağda humanitar şərait yaxşılaşdırılıb”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında bildirib. “Bir ildən artıqdır bizim sülhməramlılar Qarabağda sabitliyin dəstəklənməsinə yardım edir. Onların səyi nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlar minalardan təmizlənib, sosial infrastruktur obyektlər bərpa olunub, tarixi və mədəni abidələr qorunub”, V.Putin qeyd edib. …

Read More »

Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin mümkünlüyünü bəyan edib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olarkən deyib. “Artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq”, – N.Paşinyan bildirib. Onun sözlərinə …

Read More »

Qarabağa qayıdışla bağlı yeni elektron idarəetmə sistemi yaradılır

Azərbaycan dünyaya nümunə olacaq daha bir layihəni həyata keçirməyə hazırlaşır: işğaldan azad edilmiş ərazilərə – yenidən qurulan və bərpa olunan tarixi torpaqlarımıza Böyük Qayıdış başlanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi, rəşadətli ordumuzun hərbi qüdrəti sayəsində, igid oğullarımızın canı-qanı bahasına düşməndən alınan şəhər və kəndlərimizə yeni həyat qayıdacaq. Bu layihə də dünyanın inkişaf trendinə uyğun işlənir və …

Read More »

Vətən müharibəsi şəhidinin xatirə lövhəsinin açılışı olub

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qənbərli Vüsal İlkin oğlunun xatirəsi ehtiramla anılıb. Boyukmillet.com şəhidin anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri onun ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında …

Read More »