Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

Erməni politoloq: “Gələcəkdə Türkiyənin Cənubi Qafqazda rolu artacaq”

“Gələcəkdə Türkiyə və İranın Cənubi Qafqazda rolu artacaq və Rusiya ən azı öz mövqeyini qoruyub saxlamağa çalışacaq”. Boyukmillet.com xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan “News.am”a açıqlamasında deyib. Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Cənubi Qafqaz regionunda Rusiyanın təsiri azalıb və buna paralel olaraq, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin rolu artıb. “Qərb də aktiv olmağa çalışır, amma dünya …

Read More »

Cəbrayılda minalardan təmizlənmiş 30 min hektara yaxın ərazidə meşə salınacaq

“Cəbrayılda 2022-2026-cı illərdə 30 min hektara yaxın minalardan təmizlənmiş ərazinin meşə fonduna salınması nəzərdə tutulur”. Boyukmillet.com-un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib. Onun sözlərinə görə, 10 hektar ərazidə Türkiyə ilə birgə qardaşlıq meşəsi salınacaq: “Tək Zəngilan, Cəbrayılda deyil, bütövlükdə regionu əhatə edən işlər gündəlikdədir”.

Read More »

Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb

Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmalıdır: “Hazırda bu istiqamətdə işlər gedir. Bildiyiniz kimi, Şuşa şəhəri 2023-cü il Türk Dünyasının mədəniyyət paytaxtı elan edilib. Ümid edirəm …

Read More »

Şuşada 45 abidənin üzərinə məlumat lövhələri quraşdırılıb, elektron xəritələri hazırlanıb

“Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhələri quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib. Onun sözlərinə görə, bu il ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.

Read More »

Dövlət Xidmətinin Qarabağ və Şərqi Zəngəzurda regional idarələri yaradılacaq

“Azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin yaradılması nəzərdə tutulur”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında çıxışında deyib. Onun sözlərinə görə, Dövlət Xidmətinin regional idarələrinin Qarabağ və Şərqi Zəngəzur zonalarında yaradılması planlaşdırılır. Nazir həmçinin bildirib …

Read More »

Daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Ağır yaralanan daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Boyukmillet.com xəbər verir ki, həmin şəxslər aşağıdakılardır: 1. Xəlilov Saleh Aydınəli oğlu2. Əliyev Qüdrət Məhəmməd oğlu3. Babayev Orxan Səfər oğlu Qeyd olunub ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. Bildirilib ki, “YAŞAT” Fondu qazilərimizin …

Read More »

Ərdoğanın sözçüsü: “Cənubi Qafqazda Türkiyə-Ermənistan qarşıdurması sona çatır”

“Hazırda Cənubi Qafqazda fərqli vəziyyət yaranıb və proseslər çox fərqli istiqamətdə inkişaf edir. Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı, onların qurduqları struktur çökmək üzrədir. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır”. Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, Qarabağın azad olunması, yenidən Azərbaycana qovuşması …

Read More »

Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri Cəbrayıldadır

Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələrinin erməni işğalından azad olunan Cəbrayıla səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, 150-dən çox qeyri-hökumət təşkilatının nümayəndələrinin səfər zamanı Xudafərin körpüsü və Cəbrayıl şəhərində “Dostluq” bulağı ilə tanış olması nəzərdə tutulur. QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.

Read More »

Cıdır düzündə “Dəmir Yumruq” fləşmobu təşkil edilib

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 yaşı tamam olur. Boyukmillet.com xəbər verir ki, bu münasibətlə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə çalışan heyətlə və hərbçilərlə birgə Cıdır düzündə “Dəmir Yumruq” fləşmobu təşkil edilib. Video üçün aşağıdakı linkə daxil olun. https://fb.watch/a5khl092aE/

Read More »

Emin Hüseynov: “Xüsusi nümayəndəlik Qarabağda çevik metodlarla bərpaya dəstək olacaq”

“Bərpa işləri ilə bağlı 11 tematik mövzularda işçi qrupu fəaliyyət göstərir. Bu əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi üçün məsul qurumlar təyin olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda …

Read More »