Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

Prezident azad edilmiş ərazilərdə 200-ə yaxın insanın mina partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını bildirib

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının VI Sammitində Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühitin hökm sürdüyünü qeyd edib, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirib. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi …

Read More »

İlham Əliyev: “Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, münaqişə bitib”

“Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib. “Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”, – dövlət başçısı bildirib. Bölgədəki vəziyyətə toxunan Prezident İlham Əliyev bunun nisbətən sabit olduğunu vurğulayıb: “Təəssüf ki, Ermənistan …

Read More »

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşün yekunu ilə bağlı bəyanat yayıb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. Şarl Mişel bildirib …

Read More »

Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA – Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır) yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reyslərinin açılmasını planlaşdırır. Bu barədə qurumdan bildirilib. Məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir. Bu məqsədlə daşıyıcıların …

Read More »

Leyla Əliyevanın təşəbbüsü ilə Şuşada kütləvi ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsi uğurla davam etdirilir. IDEA -dan verilən məlumata görə, dekabrın 13-də gənc ekoloqlar Şuşa şəhərinə səfər edib, ərazinin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işlərinin aparılması, eləcə də su və torpaq nümunələrinin götürülməsində iştirak ediblər. …

Read More »

Xocavənddə erməni hərbçinin meyitinin qalıqları tapılıb

Xocavənddə Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş daha bir əsgərinin meyitinin qalıqları tapılıb. Boyukmillet.com xəbər verir ki, hərbçinin şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək. Bununla da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 704 nəfərə çatıb. Xatırladaq ki, bu, yalnız qalıqları tapılan, Azərbaycan tərəfiinin və Rusiya sülhməramlılarının qarşı tərəfə təhvil verdiyi …

Read More »

Türkiyə səfiri və hərbi attaşe Qarabağdakı Monitorinq Mərkəzinə baş çəkiblər

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, həmçinin səfirliyin Hərbi Attaşesi, briqada generalı Zəkəriyyə Yalçın işğaldan azad edilmiş torpaqlarda atəşkəsin qorunub saxlanılması üçün Türkiyə ilə Rusiya arasında 11.11.2020-ci il tarixdə imzalanmış müqaviləyə uyğun yaradılmış “Birgə Monitorinq Mərkəzi”nə baş çəkiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir öz tviter hesabında yazıb. Mərkəzin fəaliyyəti barədə türkiyəli rəsmilərə məlumat verilib.

Read More »

İşğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığı inkişaf etdiriləcək

Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb. Sərəncamda həmçinin qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorlara dəstək göstəriləcək.

Read More »

Şuşada iki nəfər minaya düşərək həlak olub

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış …

Read More »

Kəlbəcərdə şəhid olan əsgər doğulduğu kənddə dəfn olunacaq

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan əsgər Siyəzəndə dəfn olunacaq. Boyukmillet.com xəbər verir ki, şəhid Asif Adil oğlu Əliyev rayonun Zarat kənd qəbiristanlığında torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, A.Əliyev 2002-ci ildə Siyəzənin Zarat kəndində dünyaya gəlib. O, Vtən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə …

Read More »