Cümə , 17 May 2024
Drone Cameras

Gürcüstanın Baş naziri: “Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”

“Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin xaricdə akkreditə olunmuş diplomatik korpusunun onlayn formatda keçirilən konfransında çıxışında deyib.

O, Gürcüstan üçün bölgədə dayanıqlı sülhün bərqərar olmasının son dərəcə vacib olduğunu bildirib.

Region ölkələri ilə sıx münasibətlərə toxunan Baş nazirin sözlərinə görə, irəli sürdüyü “dinc qonşuluq” təşəbbüsü bölgədə dialoqun inkişafı, qonşular arasında etimadın bərpası və Gürcüstanın vasitəçi kimi mövqeyinin möhkəmlənməsinə yönəlib.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …