Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

Şuşada Milli Musiqi Günü keçirilir

Bu gün işğaldan azad ediləndən sonra Şuşa şəhərində ilk dəfə Milli Musiqi günü keçirilir. “Report”un Şuşaya ezam olunan əməkdaşı məlumat verir ki, tədbirdə iştirak edən nümayəndə heyəti Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar. Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir bu dəfə …

Read More »

Mədəniyyət xadimləri Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

Azərbaycanın mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir. Boyukmillet.com məlumatına görə, onlar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər. İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib. Hazırda qala divarlarında təmir işləri davam edir. Qeyd edək ki, …

Read More »

Avropa İttifaqının xüsusi nümayəndəsi Ağdama gəlib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdam rayonuna gəlib. Boyukmillet.com xəbər verir ki, səfər zamanı Aİ nümayəndəsi Qarabağın Ermənistan tərəfindən 30 illik işğalının fəsadları ilə tanış olacaq. Xatırladaq ki, T.Klaarın sentyabrın 15-dən Azərbaycana başlayan səfərinin gündəliyinə rəsmi Bakı ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq, eləcə də, regional, təhlükəsizlik və humanitar məsələlərin müzakirəsi daxildir.

Read More »

İƏT nümayəndə heyəti Şuşaya yola düşüb

Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya yola düşüb. Boyukmillet.com-un xəbərinə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər. Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək. Qeyd edək ki, İƏT və Pakistan Ombudsman …

Read More »

Selcuk Bayraktar: “Qarabağ müharibəsində uğura vasitəçi olmaq bizim üçün böyük şərəfdir”

“Ölkələr artıq sonuncu pilotlu döyüş təyyarələrini istehsal edirlər. İyirmi il, on il sonra döyüşdəki ən böyük doktrinalı dəyişikliyi pilotsuz uçuş aparatları edəcək. Bunu bugünkü mütəxəssislər formalaşdıracaqlar. F-35 və F-16 qırıcıları dövrünün sona çatacağını da proqnozlaşdırırıq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “CNN Türk”ə müsahibəsində Türkiyənin “Baykar” şirkətinin direktoru Selçuk Bayraktar söyləyib. “İnanırıq ki, pilotsuz döyüş təyyarələri hətta beşinci nəsil təyyarələrin …

Read More »

Azad olunan rayonlarda hərbi prokurorluqların formalaşdırılması başa çatdırılıb

“Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 30 il ərzində digər dövlət orqanları kimi hərbi prokurorluq orqanları da işğal altındakı ərazilərdə fəaliyyət göstərə bilməyib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib. “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi …

Read More »

Sentyabrın 18-dən 24-dək Şuşada Üzeyir Hacıbəyli Musiqi Festivalı keçiriləcək

Sentyabrın 18-dən 24-dək ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub. Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bu səbəblə bu ilki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində …

Read More »

Şuşa şəhərinə qalib ölkənin vətəndaşları kimi gəlməyimizlə qürur duyuruq

Qalib Azərbaycanın vətəndaşı kimi Şuşanı ziyarət etmək hər birimizin ən böyük arzusu olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq göstərərək Şuşanı işğaldan azad edən rəşadətli Ordumuzun sayəsində bu gün bu xoşbəxtlik bizə nəsib oldu. Keçirdiyimiz hissləri sözlə ifadə etməkdə çətinlik çəkirik. Qalib ölkənin vətəndaşları kimi Şuşa şəhərinə gəlməyimizlə qürur duyuruq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Demokratik …

Read More »

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri Cıdır düzündə olub

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Cıdır düzünü ziyarət edib. Gənclərə Vətən müharibəsi zamanı Şuşada gedən döyüşlər barədə məlumat verilib. Qəhrəman əsgərlərimizin çətin dağlardan keçərək …

Read More »

Gənclər təşkilatlarının nümayəndələri Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olub

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət edib. Gənclərə Şuşanın işğalı zamanı Molla Pənah Vaqifin muzey-məqbərəsinin …

Read More »