Cümə , 5 Dekabr 2025

Qarabağ

“Dağlıq Qarabağın statusunu indi müzakirə etmək olmaz” – Rusiyanın eks-prezidenti

Rusiya Təhlükəsizlik Şurasının Baş katibinin müavini Dmitri Medvedev Qarabağdan danışıb. Boyukmillet.com xəbər verir ki, o, Dağlıq Qarabağın statusunun gələcəkdə həll olunacağını söyləyib. “Dağlıq Qarabağın status məsələdi yaxın vaxtlarda həll oluna bilməz və indi bunu müzakirə etmək olmaz”-deyə Medvedev söyləyib. Eks-prezident Türkiyənin Qarabağ münaqişəsinin həllində önəmli rola malik olmasını da etiraf edib. “Türkiyə bizim vacib partnyorumuzdur, Azərbaycana yaxındır və bu faktları …

Read More »

Füzulidə aeroportun tikintisi bu tarixdə yekunlaşacaq

Füzulidə inşa olunan aeroportun tikinti işləri növbəti ilin aprel may aylarında yekunlaşacağı gözlənilir. Boyukmillet.com  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında tikinti baş podratçısı AZVİRT şirkətinin baş mühəndisi Cəfərağa Şiriyev deyib. Onun sözləri görə, hazırda ərazidə minalardan təmizləmə işləri getdiyi üçün, tikinti prosesini sürəti aşağıdır. “Bu ilin yaz aylarında tikinti prosesi sürətləndiriləcək və 24 saatlıq qrafiklə çalışacağıq”.

Read More »

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

Xocavənd rayonunun Hadrut qəsəbəsində Füzuli Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin Poçt Agentliyi fəaliyyətə başlayıb. Bu barədə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlik tərəfindən işğaldan azad olunmuş bütün bölgələr üzrə telekommunikasiya infrastrukturunun bərpası istiqamətində hazırda şərait olan ərazilərdə müvafiq xidmətlər təşkil olunur, rabitə infrastrukturu qurulur, xidmətlər göstərilir. Minalardan təmizlənən ərazilərdə tələbata uyğun poçt xidmətləri qurulub. Hazırda …

Read More »

Qarabağda Rusiya sülhməramlıları üçün modul şəhərcik inşa edildi

Rusiya Müdafiə Nazirliyinin maddi-texniki mütəxəssisləri sülhməramlıları Qarabağda yerləşdirmək üçün yeni modul bloklu şəhərcik salıblar. Bu barədə Boyukmillet.com Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirliyin məlumatına görə, bu, sayca dördüncü şəhərcikdir və 60 yer üçün nəzərdə tutulub. “Modul qəsəbələrin tikintisi şəxsi heyət üçün rahat həyat və məişət şəraiti yaratmağa və səhra yemək məntəqələrindən, hamam, çamaşır yerlərindən, səhra anbarlarından imtina etməyə imkan verir”, – …

Read More »

Sabir Rüstəmxanlı: “Qarabağın ağrıları-acıları, Xocalı unudulmadı və addım-addım bütün dünyaya yayıldı”

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfər milli-vətənpərvərlik ruhuna, qələbə əzmi ilə yazılan şeirlərə, musiqilərə də can verdi. İsbat olundu ki, millətin sənəti, mədəniyyətinin ahəngliyi, siyasəti, birliyi mübarizliyindən ruh alaraq daha çox sevilir. Tarixin müəyyən dönəmlərində bu millətə qarşı qurulan xarici pusqular, rus hərbinin, zindan maşınlarının törətdiyi qırğınlar, repressiyalar onun azadlıq səsini boğa bilmədi. Fiziki olaraq qolları zəncirlənsə …

Read More »

İtkin düşdüyü bildirilən daha bir hərbçimiz şəhid olub

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Tural Saləddin oğlu İsayevin Vətən müharibəsində şəhid olduğu müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, şəhid bu gün anadan olduğu Siyəzən rayonu, Yenikənd kəndinə gətiriləcək və dəfn ediləcək. Tural ailənin yeganə oğlan övladı olub. Allah rəhmət eləsin!

Read More »

İşğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının strukturları yaradılır

Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları işğaldan azad edilmiş ərazilərində mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2021-ci ilin martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Boyukmillet.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2022-ci il …

Read More »

Azərbaycan Mərkəzi Bankı Şuşada nümayəndəlik açacaq

“Qarabağla bağlı bizim çox geniş proqramımız var. Orada biz maliyyə-bank infrastrukturunu formalaşdırmaq istəyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfrasında deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum işğaldan azad edilmiş ərazilərdə iki nümayəndəlik açacaq. “Artıq bank sektoru ilə geniş müzakirələrimiz var. Onlar buna müsbət yanaşırlar. AMB-nin orada iki böyük ərazi idarəsi olacaq. Arzu edirik …

Read More »

Leyla Əliyeva işğaldan azad olunmuş ərazilərlə bağlı tapşırıq verib

“30 illik erməni işğalının fəsadlarını görmək hamımızı sarsıtdı. Bu kimi cinayətlər onu göstərir ki, ölkəmizə qarşı ekoloji terror törədilib”. Boyukmillet.com xəbər verir ki, bunu IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın tapşırığı ilə IDEA işğaldan azad olunmuş ərazilərdə ekoloji …

Read More »

PA rəhbərinin sədrliyi ilə Qərargah yaradılıb, Qarabağdakı mədəniyyət abidələri ilə bağlı iclas keçirilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində …

Read More »