Cümə , 5 Dekabr 2025

Qarabağ

20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub

Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Müdafiə Nazirliyindən  verilən məlumata görə, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş …

Read More »

Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı

Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti ilə görüşündə deyib. A.Kərimov nümayəndə heyətlərinin Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə …

Read More »

İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq

Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Sənəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin …

Read More »

Yeni yaradılan Fondun fəaliyyət istiqamətləri AÇIQLANDI

Yeni yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib.Boyukmillet.com  xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində yer alıb.Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:1. müvafiq sahənin inkişafını təmin etmək;2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında …

Read More »

Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi və strukturu təsdiqləndi

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” və “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilib. Müəyyən edilib ki, Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır. Fonda əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların …

Read More »

Rusiyanın XİN başçısı: “Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidir”

“Erməni rəsmilərinin Qarabağdakı siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan çəkinmək daha yaxşı olardı”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən bəyanatlara şahid olmuşuq: “Yeni müharibə – yeni ərazilər” (Ermənistan keçmiş müdafiə naziri David Tonoyanın sözlərini nəzərdə tutulur – “Report”). Sözlə material gücə çevrilir. Bu sözlər …

Read More »

Lavrov: “Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur”

“Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib. “Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”, – o vurğulayıb.

Read More »

Gürcüstanda növbəti erməni yalanının ifşası: 15 il əvvəl ölən müğənni konsert “verəcək” – ARAŞDIRMA

ABŞ-da təsis olunan və Gürcüstanda da bölməsi olan Çoxşaxəli Diplomatiya İnstitutu (IMDT) adlı qeyri-hökumət təşkilatı yanvarın 20-də “Artsax Beynəlxalq Həmrəylik” adlı onlayn xeyriyyə konsertinin keçiriləcəyini elan edib. Boyukmillet.com xəbər verir ki, elanda tədbirdən toplanacaq vəsaitin “Hayastan” ümumermənistan fonduna ödənəcəyi və qondarma “Artsax”ın “xalqı” üçün xərclənəcəyi bildirilib. Təşkilatın məlumatına əsasən, konsertdə Böyük Britaniya, ABŞ, Gürcüstan və digər ölkələrdən olan müğənnilər iştirak …

Read More »

Qarabağa avtobus marşrutlarının təşkilinə dair pasportlar hazırlanıb

2020-ci ilin yanvar ayında işğal altından azad olunan Cocuq-Mərcanlıya ilk marşrut xəttinin açılışı təmin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 2020-ci ilin hesabatında bildirilir. Sənəddə həmçinin deyilir ki, işğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üzrə pasportlar hazırlanaraq, daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil …

Read More »

Şuşada beşmərtəbəli binada yanğın olub

Şuşa şəhərində beşmərtəbəli binada yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »