Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

Emin Hüseynov: “Azad olunan ərazilərə köçürülən sakinlər yeni həyata tez adaptasiya olunurlar”

“İşğaldan azad edilmiş Talış kəndinə köçürülən sakinlərin məşğulluğu təmin olunur”. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. O deyib ki, Talış kəndində Novruz bayramının qeyd olunmasının xüsusi önəmi var: “Çünki bura köçmüş 20 ailə uzun illərdən sonra ilk dəfə işğaldan azad edilmiş …

Read More »

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, həmin təchizat avtomobilləri aksiya keçirilən ərazidən maneəsiz hərəkət ediblər. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Xatırladaq …

Read More »

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: etirazçılar ruh yüksəkliyi ilə tələblərini irəli sürürlər 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 99 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, …

Read More »

İlham Əliyev: “Talış kəndində daha 178 ev tikiləcək”

İndi buranın ancaq birinci mərhələsidir, daha 178 ev tikiləcək, camaat da köçəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndinə səfəri zamanı kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə tanış olarkən deyib. “Burada yəqin ki, mindən çox insan yaşayacaq”, – dövlət başçısı vurğulayıb.

Read More »

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məhəllə barədə məlumat verib. Bildirildi ki, ümumi sahəsi 2 hektardan …

Read More »

Prezident: “İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər göstərilib”

“İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər göstərilmişdir. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək bütün bu cəhdləri dəf etmişdir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib. Bizim işimizin haqq işi olduğunu söyləyən dövlət başçısı bildirib: “Mən işğal dövründə dəfələrlə deyirdim ki, …

Read More »

İlham Əliyev: “Erməni havadarları bizə qarşı informasiya müharibəsi elan ediblər”

“Erməni havadarları bizə qarşı informasiya müharibəsi elan ediblər”. Boyukmillet.com xəbər verir ki, bu barədə martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin əməllər törədilir. İlham Əliyev vurğulayıb ki, erməni havadarları, Ermənistanın …

Read More »

İlham Əliyev: “Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovmağımız çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”

“Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib. Dövlət başçısı bildirib: “Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun …

Read More »

Prezident: “Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda bizim sözümüzə reaksiya verən qurum tapılmadı”

“Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib. “Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. İndi …

Read More »

Azərbaycan Prezidenti: “Xalqımıza qarşı törədilmiş soyqırımı, ədalətsizlik və hərbi cinayətləri heç vaxt unutmayacağıq”

“Xalqımıza qarşı törədilmiş soyqırımı, ədalətsizlik və hərbi cinayətləri heç vaxt unutmayacağıq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib. Dövlət başçısı bildirib ki, otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi: “Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin …

Read More »