Cümə axşamı , 18 Aprel 2024

Qarabağ

Hikmət Hacıyev: “Cəzasızlığa son qoyulmalıdır!”

“366-cı Sovet hərbi alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinin qəsdən, amansızcasına qətlə yetirilməsi müharibə cinayəti, insanlığa qarşı cinayət, soyqırım aktıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb. “Cəzasızlığa son qoyulmalıdır!” yazan H.Hacıyev mövzu ilə bağlı CBC televiziya kanalına verdiyi müsahibəni də paylaşıb. …

Read More »

Xankəndi-Laçın yolunda Xocalı soyqırımının ildönümü ilə bağlı “Badam çiçəyi” kompozisiyası quraşdırılıb

Xankəndi-Laçın yolunda aksiyanın keçirildiyi ərazidə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Badam çiçəyi” kompozisiyası quraşdırılıb. Boyukmillet.com xəbər verir ki, kompozisiyada badam çiçəyinin bir ləçəyinin düşdüyü və birinin isə üzərinə qan töküldüyü əks olunub. Qeyd edək ki, aksiya ərazisində rus və ingilis dillərində “Xocalıya ədalət” şüarı yer alan lövhələr də quraşdırılıb. Həmçinin aksiya iştirakçıları Azərbaycan, rus və ingilis dillərində “Xocalıya ədalət”, …

Read More »

Xankəndi-Laçın yolunda Xocalı soyqırımının ildönümü ilə bağlı lövhələr quraşdırılıb

Xankəndi-Laçın yolunda aksiyanın keçirildiyi əraziyə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı lövhələr quraşdırılıb. Boyukmillet.com xəbər verir ki, lövhələrin üzərində rus və ingilis dillərində “Xocalıya ədalət” şüarı yer alıb. Həmçinin aksiya iştirakçıları Azərbaycan, rus və ingilis dillərində “Xocalıya ədalət”, “Xocalı soyqırımını unutma”, “Xocalı soyqırımı XX əsrin faciəsi” kimi şuarlar səsləndirirlər. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən …

Read More »

İtaliya Federasiyası Azərbaycan və Ermənistan arasında barışıq üçün praktiki proqram elan edəcək

“Sabah İtaliya İnsan Haqları Federasiyası Azərbaycan və Ermənistanın barışması üçün praktik proqram elan edəcək, həmçinin iki ölkəni və vətəndaş cəmiyyətlərini barışıq istiqamətində addımlar atmağa çağıracaq”. Boyukmillet.com xəbər verir ki, bunu İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı deyib. Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri münasibətlərdə yeni …

Read More »

Xankəndi-Laçın yolunda BQXK-nin 5 avtomobilinin hərəkət etməsinə şərait yaradılıb

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 5 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər. Avtomobillərin içərisində erməniəsilli şəxslər olub. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün …

Read More »

Azad olunmuş ərazilərə mart ayına olan avtobus biletləri satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə mart ayına olan biletlər fevralın 25-i saat 15:00-da satışa çıxarılacaq. Bu barədə nazirlikdən bildirilib. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri https://yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər …

Read More »

Füzulidə Özbəkistanın maliyyə dəstəyi ilə tikilən məktəb yeni tədris ilində istifadəyə veriləcək

Yeni tədris ilində Azərbaycanın Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə tikilən məktəb istifadəyə veriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan birinci regionlararası forumunda deyib.

Read More »

Aksiya başlayandan bəri Xankəndi-Laçın yolundan 585 erməni əsilli şəxsin humanitar məqsədlə istifadəsinə şərait yaradılıb

Bugünədək 585 erməni əsilli şəxsin Xankəndi-Laçın yolunda aksiyanın təşkil olunduğu ərazidən humanitar məqsədlə istifadəsinə şərait yaradılıb. “Report”un aksiya yerinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, onlar aksiyanın təşkil olunduğu ərazidən istifadə zamanı Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid avtomobillərdən yararlanıblar. Hazırkı vaxtadək ərazidən ümumi olaraq 3 000-dək avtomobilin keçidi təmin olunub. Bu bir daha onu sübut edir …

Read More »

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsi ilə bağlı mərasim keçirib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkista-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı katibi professor Erkin Nuriddinov, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Daşkənddə yaşayan azərbaycanlılar, tələbə-gənclər, jurnalistlər iştirak ediblər. Tədbir iştirakçıları Xocalı soyqırımı və qardaş Türkiyə Cümhuriyyətində baş vermiş təbii fəlakət zamanı həlak …

Read More »

Zəngilanda 30 il sonra ilk körpə dünyaya gəlib

Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 15-də anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən nazirliyin müasir innovativ “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb və doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.

Read More »