Cümə , 26 Aprel 2024

Qarabağ

QHT rəhbəri: “Tərtərdəki mina partlayışı terror hadisəsidir”

“Tərtərdəki mina partlayışı terror hadisəsidir və biz ermənilərin törətdiyi bu faciələri son günlər daha tez-tez yaşayırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Tərtərdə mina partlayışının baş verdiyi ərazidə jurnalistlərə açıqlamasında söyləyib. Ötən gün mina partlayışı nəticəsində 3 nəfərin həyatını itirdiyini xatırladan U.Mirzəyev deyib ki, bu ərazilər dəhşətli dərəcədə minalarla çirkləndirilib: “Hadisənin detallarını görəndə …

Read More »

ABŞ Tərtərdə mina partlayışı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib

“ABŞ Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatdır”. Bu barədə “Report”a ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib. “Aprelin 28-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən 3 nəfərin, o cümlədən mina partlayışları nəticəsində həlak olan və yaralanan digər …

Read More »

Laçın-Xankəndi yolunda ekofəalların quraşdırdığı çadırlar və plakatlar sökülür

Laçın-Xankəndi yolunda ekofəalların quraşdırdığı çadırlar və plakatlar sökülür. Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir. Belə ki, azərbaycanlı ekofəalların ölkəmizin Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Şuşadan keçən Laçın-Xankəndi yolunda etiraz aksiyasını keçirdikləri ərazidə söküntü işlərinə başlanılıb. Artıq ötən gün dayandırılmış aksiyanın keçirildiyi ərazidə quraşdırılmış çadırların və plakatların sökülərək ərazidən daşınması həyata keçirilir. Qeyd edək ki, …

Read More »

Daxili Qoşunların hərbçiləri və polislər Laçın-Xankəndi yoluna nəzarəti davam etdirir

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər Laçın-Xankəndi yoluna nəzarəti davam etdirir. Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir. Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər ərazidə xidmətlərini davam etdirirlər.

Read More »

Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 138 gündür yüksək fəallıqla davam edir

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 138 gündür davam edir. Boyukmillet.com xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət …

Read More »

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçid edib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub. Belə ki, sülhməramlılara məxsus 1 minik və 28 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar …

Read More »

Yüksək əhvali-ruhiyyə: Xankəndi-Laçın yolunda aksiyanın 136-cı günü

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 136 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu kimi, etirazçılar …

Read More »

Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 134 gündür yüksək fəallıqla davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 134 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları tərəfindən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması böyük sevinc və coşqu ilə qarşılanıb. Belə ki, aksiya iştirakçıları ölkəmizin rəsmi …

Read More »

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More »

DSX-nin postunun qoyulması Qarabağdakı mülki ermənilərin Laçın yolundan istifadəsini məhdudlaşdırmır

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması yoldan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır. Boyukmillet.com xəbər verir ki, DSX-nin postunun qoyulması, əksinə qanuni və tənzimlənən gediş-gəliş üçün şərait yaradır. Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində …

Read More »