Cümə axşamı , 19 Sentyabr 2024

Qarabağ

Bu il 154 uşağa Polad, 33 uşağa isə Xudayar adı verilib

Bu il doğumu qeydə alınmış uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub. Boyukmillet.com xəbər verir ki, bu il yeni doğulan 154 körpəyə Polad adı verilib. Uşaqlara Polad adının verilməsi 2020-ci ildə və 2021-ci ilin altı ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Yəni, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb. Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə …

Read More »

Şuşa fatehi Səid Bayramovun xatirəsinə ehsan bulağı istifadəyə verilib

Kürdəmirdə Vətən müharibəsi şəhidi Səid Bayramovun xatirəsinə həsr olunan ehsan bulağının açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, mərasimdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Səid Bayramovun döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 30 ildir davam edən amansız erməni işğalına qarşı …

Read More »

İlham Əliyev: “Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir”

“Biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə 3 minə yaxın şəhidimizin həyatdan getməsi, əlbəttə, böyük faciədir. Ancaq Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Bizdə olan və bilirəm ki, müstəqil ekspertlərdə olan məlumatlara əsasən, onların itkiləri ən azı 7-8 mindir. Bunu həm əməliyyatların gedişatı göstərir, eyni zamanda, bizim videotəqdimatlarımız göstərir, ermənilərin məhv edilmiş, qənimət kimi …

Read More »

Vətən müharibəsində itkin düşən kapitanının nəşi tapılıb

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb. Boyukmillet.com xəbər verir ki, kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib. O, 9 ay əvvəl Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək. Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb …

Read More »

Ekspert: “Qarabağın bərpası üçün Avropa ölkələrinin təcrübəsini düşünürük”

“Azərbaycanın Avropa ittifaqı (Aİ) ilə iqtisadi əlaqələri ölkəmizin müstəqillik qazandığı dövrdən yaranıb. Xüsusən “Əsrin müqaviləsi”ndə Avropanın inkişaf etmiş ölkələrinin – İtaliya, Fransa və Böyük Britaniya şirkətlərinin yaxından iştirakı, onların Azərbaycanın neft sektoruna qoyulan investisiyalarda əsas rol oynaması, ümumiyyətlə isə ölkəmizə ilkin xarici kapitalın cəlbində böyük rol oynaması tarixi həqiqətdir”. Bunu “Report”a açıqlamasında Azərbaycanla Aİ arasında iqtisadi münasibətləri şərh edən iqtisadçı-ekspert Xalid …

Read More »

Cəbrayılda ağ fosfor tərkibli sursatlar aşkarlanıb

Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olmuş müraciətə əsasən 2021-ci il 3 iyul tarixindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılıb. Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan ərazidə həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor …

Read More »

Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi, baş leytenant Bayram Babaşovun adına olan bulağın açılışı olub. Boyukmillet.com xəbər verir ki, bu gün həm də şəhid Bayram Babaşovun doğum günüdür. Bu münasibətlə şəhidin ata ocağında anım mərasimi keçirilib. Anım mərasimində rayon rəhbərliyi, kənd sakinləri və şəhidin yaxınları iştirak edib. Qeyd edək ki, şəhid baş leytenant Babaşov Bayram İlqar oğlu 1993-cü ilin bu günü …

Read More »

Rusiya XİN: Qarabağda etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazırıq

“Rusiya Qarabağda həyatın yoluna qoyulmasına, tərəflər arasında etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib. “Rəsmi Bakı üçün prioritet olan mina xəritələrinin təhvili məsələsini birdəfəlik həll etmək hələlik mümkün olmur. Biz bu məsələnin hər hansı ilkin şərt olmadan həllinə tərəfdarıq”, – M.Zaxarova deyib. XİN rəsmisi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə …

Read More »

Şəhidin doğum günü məzarı önündə qeyd olunub – VİDEO

Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu Elvin Bayramovun doğum günüdür. Boyukmillet.com xəbər verir ki, şəhidin 22-ci doğum günü münasibətilə yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki evində tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, deputat və digər rəsmi şəxslər iştirak ediblər. Həmçinin tədbirə şəhidin təhsil aldığı ali təhsil müəssisinin müəllim heyəti, eləcə də tələbə …

Read More »

Füzulidə minaya düşən şəxslərdən biri həlak olub

Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə qanunsuz gedərək minaya düşən şəxslərdən biri həlak olub. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, hər iki şəxs minaya düşdükləri yerdən çıxarılıb: “Nuru Nuriyev həlak olub. Onun meyiti ərazidən çıxarılıb. Minaya düşən digər şəxs – Elnur Həşimov isə hər iki ayağını itirib. Polislər onu …

Read More »