Bazar ertəsi , 13 May 2024

Qarabağ

“Naxçıvan” mahnısının mədəniyyətimizin beşiyi Şuşada səslənməsi hamımız üçün qürurverici idi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir neçə gün əvvəl tariximizin yeni səhifələrinə qürur dolu, duyğu dolu anlar qızıl hərflərlə yazıldı. Qarabağın tacı, zəfərimizin rəmzi, yenilməzlik nişanəsi olan Şuşanın Cıdır düzündə Prezident cənab İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirildi. Bu festival Şuşanın gözəlliyinə daha da gözəllik qatdı, Azərbaycan ruhu qədim şəhərimizi cana gətirdi, ona yenidən nəfəs …

Read More »

Zəfər yolunun inşası zamanı 40-dan çox arxeoloji abidə aşkarlanıb

Füzulidən Şuşa şəhərinə çəkilən Zəfər yolu Köndələnçay və Quruçay hövzələrindən keçir. Qədim abidələrlə zəngin olan bu iki çayın arasını “Kiçik Mesopotamiya” adlandırmaq olar. Təsərrüfat həyatı üçün əlverişli və münbit bir məkan olan bu çayların arasında Qədim Daş dövründən (Azıx və Tağlar mağaraları) Son Orta əsrlərə qədərki tarixi mərhələləri əhatə edən tarixi-arxeoloji abidələr mövcuddur. Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundən …

Read More »

Şuşada “Xarıbülbül” festivalı çərçivəsində bu gün qala konsert keçiriləcək

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunan “Xarıbülbül” musiqi festivalı bu gün qala konsertlə davam etdiriləcək. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünən başlayan festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən …

Read More »

Cıdır düzündə 29 il əvvəlki şəkli ilə foto çəkdirdi – FOTO

Musiqiçi, Əməkdar artist Fuad İbrahimovun 29 il əvvəl Cıdır düzündə çəkdirdiyi fotosu sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub. Boyukmillet.com xəbər verir ki, sənətçi Şuşanın işğalı zamanı doğulduğu şəhəri tərk edərkən Cıdır düzündə lentə alınmış foto ilə eyni yerdə şəkil çəkdirib. “1992-ci ilin yanvar ayında 9 yaşım var idi. Hadisələr çox gərgin idi. Bir çox ailələr kimi, bizi də helikopterlə Cıdır düzündən …

Read More »

Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib

Bu gün Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçirilib. Boyukmillet.com-un xəbərinə görə, festival yaxın dəqiqələrdə televiziya kanalları vasitəsilə yayımlanacaq. Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Cıdır düzündə təşkil olunub.

Read More »

Sabah Şuşada bayram namazı qılınacaq – VİDEO

29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınacaq. Bu barədə “Report”a Bakı Media Mərkəzindən məlumat verilib. Bildirilib ki, Bakı Media Mərkəzi Qarabağın mirvarisı Şuşada baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını həyata keçirəcək. Şuşadan birbaşa canlı yayıma mayın 13-ü saat 09:00-da Ictimai TV, REAL TV və Azad Azərbaycan Müstəqil …

Read More »

Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək. Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir. Qeyd edilir ki, Rusiya xarici siyasət idarəsinin rəhbərinin Qarabağda vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılıb. Sergey Lavrov çərşənbə axşamına qədər Azərbaycan paytaxtında qalacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, …

Read More »

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin milli kimliyini özünə qaytardı

Bu gün Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından 29 il keçir. Lakin bu il əvvəlki illərdən fərqli olaraq Şuşanın tezliklə yağı düşməndən azad edilməsini arzu etmirik. Düz 6 ay bundan əvvəl, 2020-ci il noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşa şəhərinin düşmən işğalından azad edildiyini elan etdi. Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz uğurlu əks-hücum …

Read More »

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlanıb

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından mayın 8-dək dəfn edilən 2895 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub. Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası …

Read More »

Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb

Həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub. Bu barədə  Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri …

Read More »