Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

ZƏNGİLANDAN ZƏNGƏZURA GÖRSƏNƏN YOL

44 günlük müharibədə Azərbaycan Ordusunun əks-hücum sürəti xəyallarımızdan və arzularımızdan sürətli oldu. Lakin arzudan arzu doğur, indi mənim xəyallarımın üfüqündə ZƏNGƏZUR tamlığı var. Qarakilsənin (Sisyan) Ərəfsə (haylar Arevis deyirlər) kəndinə getmək istəyirəm. 1987-ci ildə son dəfə gördüyüm ana yurduma… 101 il əvvəl Zəngəzur ərazisi 113,895,97 kv.km  olan Azərbaycan Demokratik Respublikasının tərkibində idi. (Адрес – календар Азербайджанской Республики, Баку, 1920, səh. 50). Sovet hakimiyyəti illərində ərazimiz 27 min kv. km azaldı. Bu isə Ermənistanın ərazisinin …

Read More »

Ağdam və Xocavənddə yeni hərbi hissələrin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam və Xocavənd rayonları ərazilərində müasir …

Read More »

Prezident: Elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq

“Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi …

Read More »

MN: Sərhəd yaxınlığında Ermənistan tanklarının cəmləşməsi müşahidə edilib

Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Boyukmillet.com xəbər verir i, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. “Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – məlumatda qeyd olunub.

Read More »

Ermənistan təxribata əl atdı, Azərbaycan qarşı tərəfin 6 hərbçisini əsir götürdü

Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə,düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. Səhər saatlarında sərhəd …

Read More »

“Şuşa şəhəri haqqında” qanun layihəsi qəbul olundu

Milli Məclis bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com  xəbər verir ki, sənədə əsasən, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilir. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini isə aşağıdakılar təşkil edir: …

Read More »

Xankəndində Arutyunyana istefa tələbi

Qondarma “artsax parlamentinin” üç fraksiyası Araik Arutyunyanın istefaya çağırıb və bununla bağlı bəyanat yayıblar. Bəyanatı imzalayanlar öncə ötən ilin aprel-may aylarında keçirilmiş “prezident və parlament seçkilərini”nin nəticələrinin ədalətli olmasını şübhə altına aldıqlarını qeyd ediblər. “Seçkilərin təşkili, seçkiqabağı təşviqat və seçki nəticələri ilə bağlı siyasi qiymətləndirmələrimizi bir kənara qoyaraq, keçən ilin bir çox sınaqlarla və fəlakətli hadisələrlə yadda qaldığını vurğulamalıyıq” deyə, …

Read More »

İitkin düşən daha iki hərbçimizinəşi tapılıb

Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşən daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub. Bu barədə “Report”a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, itkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması …

Read More »

Azad olunmuş əraziyə keçmək istəyən şəxslər saxlanıldı

Mayın 17-də saat 17 radələrində Füzuli rayonunun Alıxanlı kəndi ərazisində “Toyota” markalı avtomobilin sürücüsü işğaldan azad olunmuş əraziyə qanunsuz keçməyə cəhd etdiyi üçün Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Avtomobildə olan sürücü, Sumqayıt şəhər sakini E.Qasımov və 5 sərnişini Füzuli RPŞ-yə gətiriliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol …

Read More »