Çərşənbə , 1 May 2024

Qarabağ

Xankəndi-Laçın yolunda etirazçılar şərəfli missiyalarını 100 gündür davam etdirirlər

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının 100-cü günüdür. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, ötən ilin dekabrın 12-də başlayan aksiya fasiləsiz olaraq davam edir. Bu müddət ərzində ekofəallar yolun hər iki tərəfində hərəkətə heç bir maneə törətmədən sivil şəkildə öz tələblərini irəli sürür və dünya ictimaiyyətinə çağırışlar …

Read More »

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, həmin təchizat avtomobilləri aksiya keçirilən ərazidən maneəsiz hərəkət ediblər. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Xatırladaq …

Read More »

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: etirazçılar ruh yüksəkliyi ilə tələblərini irəli sürürlər 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 99 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, …

Read More »

İlham Əliyev: “Talış kəndində daha 178 ev tikiləcək”

İndi buranın ancaq birinci mərhələsidir, daha 178 ev tikiləcək, camaat da köçəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndinə səfəri zamanı kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə tanış olarkən deyib. “Burada yəqin ki, mindən çox insan yaşayacaq”, – dövlət başçısı vurğulayıb.

Read More »

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məhəllə barədə məlumat verib. Bildirildi ki, ümumi sahəsi 2 hektardan …

Read More »

İlham Əliyev: “Erməni havadarları bizə qarşı informasiya müharibəsi elan ediblər”

“Erməni havadarları bizə qarşı informasiya müharibəsi elan ediblər”. Boyukmillet.com xəbər verir ki, bu barədə martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin əməllər törədilir. İlham Əliyev vurğulayıb ki, erməni havadarları, Ermənistanın …

Read More »

Azərbaycan Prezidenti: “Xalqımıza qarşı törədilmiş soyqırımı, ədalətsizlik və hərbi cinayətləri heç vaxt unutmayacağıq”

“Xalqımıza qarşı törədilmiş soyqırımı, ədalətsizlik və hərbi cinayətləri heç vaxt unutmayacağıq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib. Dövlət başçısı bildirib ki, otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi: “Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin …

Read More »

Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq, 296 ailə məskunlaşdırılacaq

Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq, 296 ailə məskunlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən məlumat verib. Onun sözlərinə görə, yaddaqalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır: “Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın …

Read More »

BMT agentliklərinin nümayəndələri Ağdamda aparılan bərpa işlərinin gedişi ilə tanış olublar

BMT-nin bir sıra agentliklərinin nümayəndələri Ağdamda aparılan bərpa işlərinin gedişi ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, onlara həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəhərin təhsil mərkəzinə çevrilməsi planlaşdırılır və bu təşəbbüslər çərçivəsində Ağdamda Qarabağ Universitetinin açılışı da nəzərdə tutulub. Bundan başqa, Ağdamda ən müasir standartlara cavab verən “İmarət” stadionunun tikintisinin həyata keçiriləcəyi qonaqların diqqətinə çatdırılıb. Xatırladaq …

Read More »

Bu ilin mayında Azərbaycanda mina probleminə həsr olunmuş konfrans keçiriləcək

“Bu ilin mayında Azərbaycanda mina probleminə həsr olunmuş konfrans keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan minatəmizləmə fəaliyyətinə böyük vəsait ayırıb: “Bu, bizim üçün böyük problem və çağırışdır. Mina təhlükəsi keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə …

Read More »