Çərşənbə , 27 Mart 2024

Qarabağ

Səfir: “Bu minalar yaxın zamanda yerləşdirilib, bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?”

“Təkcə bu gün erməni separatçılarının Qarabağda yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətəndaşı həlak olub. Bu minalar yaxın zamanda yerləşdirilib. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin “X” hesabındakı paylaşımında yer alıb. Diplomat qeyd edib ki, onlar yalnız saxta ərzaq blokadasından danışırlar, halbuki 2020-ci ilin noyabr ayından indiyədək 314 nəfər …

Read More »

Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını Ağdam-Xankəndi yolu ilə gedərək Xankəndiyə çatıb

Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsullarla dolu yük maşını Ağdam-Xankəndi yolu ilə hərəkət edərək Xankəndiyə çatıb. Boyukmillet.com xəbər verir ki, avtomobilin içərisində olan ərzaqlar Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq. Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib. …

Read More »

30 il öncə itkin düşən şəhidin qalıqları torpağa tapşırıldı

1993-cü ildə itkin düşən daha bir şəhidimiz Əsəd Məmməd oğlu Məmmədovun qalıqları 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Onun qalıqları Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən Əsəd Məmmədovun qalıqları bu gün Ağstafa rayonunun Eynallı kəndində ailəsinə təhvil verilib. Eynallı kənd qəbirstanlığında …

Read More »

Bir qrup amerikalı jurnalist və media eksperti Ağdama səfər edib

ABŞ-da fəaliyyət göstərən bir qrup jurnalistdən və media ekspertindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Qarabağın işğaldan azad edilmiş ərazilərində olub. Boyukmillet.com xəbər verir ki, Qarabağa səfərin proqramı Qafqazın “Xirosiması” adlandırılan Ağdam şəhərindən başlayıb. Öncə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı amerikalı qonaqlara işğal illərində Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonunda basdırılmış minalar barədə məlumat …

Read More »

Ağdamda ermənilər tərəfindən öldürülən azərbaycanlıların nəşi tapılıb

30 il əvvəl ermənilər tərəfindən öldürülən azərbaycanlıların nəşi tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı öz feysbuk hesabında qətlə yetirilən şəxslərin yaxını Sadiq Xəlilov paylaşıb. Həmin paylaşımı sizlərə təqdim edirik: 30 illik ayrılığa son! 24 iyul 1993-cü il şəhid olmuş övladının nəşini gətirmək üçün Ağdamın Sarıcalı kəndinə yollanan bu mülki şəxslər (atam ,əmim, dayım və ailə dostu Seyid Mehdi …

Read More »

Litvalı jurnalist: “Dünya Xocalı soyqırımına göz yummasaydı, Srebrenitsa, Buça faciələri olmazdı”

“Qarabağda faciəli hadisələr baş verəndə, erməni silahlıları dinc əhalini qətlə yetirəndə, Xocalıda soyqırım törədiləndə – bir gecədə 600-dən çox dinc sakin, o cümlədən qocalar, qadınlar və uşaqlar öldürüləndə beynəlxalq media susurdu”. Boyukmillet.com xəbər verir ki, bunu Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən litvalı jurnalist Riçardas Lopaitis jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, 1992-ci ilin fevralında, yəni Birinci Qarabağ …

Read More »

Azərbaycan XİN: “Ermənistan silahlı qüvvələri Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas amildir”

“Ermənistan silahlı qüvvələri Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas amildir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın paylaşımına münasibət bildirərkən yazıb. “Ermənistanın baş naziri növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Azərbaycan tərəfi sadəcə öz hərbçisinin yaralandığı hərbi təxribata cavab tədbiri görüb”, – o yazıb. A.Hacızadə …

Read More »

Dövlət Komissiyası: “Ermənilər Sarıcalıda hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımızı da qətlə yetirib”

“Bizdə olan məlumata görə, Ağdam rayonunun işğaldan azad edilən Sarıcalı kəndinin ərazisində hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımız da ermənilər tərəfindən qətlə yetirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. “Ərazidə ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən ilkin qazıntı işləri …

Read More »

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 13 il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti il dönümüdür. Boyukmillet.com xatırladır ki, onun şəhidlik zirvəsinə yüksəlməsindən 13 il ötür. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi …

Read More »

Baş Prokuror: “Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir”

“Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında baş tutan üçtərəfli görüş zamanı deyib. Onun sözlərinə görə, bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki Azərbaycan əsgəri əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistan …

Read More »