Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

MN: “Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »

3 erməni hərbçisi postda güllə yarası ilə öldürülmüş halda tapılıb

Ermənistanın rəsmi qaynaqları və xəbər saytları həyəcanlı məlumat yayıblar. Boyukmillet.com məlumatın məzmununu təqdim edir: “Avqustun 19 -da saat 02:15 radələrində Ermənistan Sərhəd Qoşunlarının cənubi – şərq istiqamətindəki (Zəngəzur) N saylı döyüş postunda güllə yarası alan Murad Muradyan (2002 -ci il təvəllüdlü), Levon Harutyunyan (2002 -ci il təvəllüdlü), Qora Sahakyan (2002-ci il təvəllüdlü) meyitləri tapılıb. Səbəblər araşdırılır”.

Read More »

Prezident: “Gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq”

Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin …

Read More »

Xankəndində susuz qalan ermənilər – FOTOLARDA

Azərbaycanın Xankəndi şəhərində yaşayan erməni əhalisi son 10 gündə ciddi su çatışmazlığı ilə üzləşib. Şəhəri su ilə təmin edən üç çaydan birinin quruması, ikisinin suyunun azalması su böhranına səbəb olub. Su çatışmazlığına havaların isti keçməsi və yağışın yağmaması da səbəb olub. Boyukmillet.com  xəbər verir ki, hazırda çıxış yolu kimi köhnə artezian quyularından istifadə edilir. Yanğınsöndürən maşınlarla əhaliyə su çatdırılır. Ümid …

Read More »

Prezident: “Bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır”

“Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər rayonunda deyib. “Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq və özlərinin gediş-gəlişini daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, …

Read More »

Prezident: “Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq”

“Ömər aşırımından keçərək Kəlbəcərə gedirik”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər rayonunda deyib. “Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir və tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik”, – deyə dövlət başçısı bildirib.

Read More »

Diaspor nümayəndələri bu gün Şuşada bir sıra yerləri ziyarət edəcəklər

Azərbaycanın diaspor nümayəndələri Şuşaya yola düşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) verilən məlumata görə, bu gün Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrupun Şuşa şəhərinə səfərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, …

Read More »

Erməni silahlıları Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədib

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. Bu barədə “Boyukmillet.com” Müdafiə Nazirliyinə istinadən xəbər verir. Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk …

Read More »

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında fərman imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, fərmanla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə” təsdiq ediləcək (əlavə olunur). Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, …

Read More »

Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub

Bu gün saat 16:20-dən 21:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində və Çəmbərək rayonu ərazisində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Qalakənd və Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan, o cümlədən snayper tüfənglərindən atəşə tutub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun şəxsi heyəti …

Read More »