Çərşənbə , 1 May 2024
Drone Cameras

Azərbaycan yolu bağlayıb: Ermənistan iflic durumda – FOTOLAR

 Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Gorus-Qafan yolunu bağladıqları üçün yüzlərlə yük maşın Ermənistan və İranda “ilişib qalıb”. Tehran-İrəvan-Tehran marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının hərəkətləri də ləğv edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb. 

Qeyd olunur ki, Goris-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir.

Tehran-İrəvan-Tehran avtobus marşrutu üzrə sərnişin daşımaları ilə məşğul olan bir şirkətin sahibi Arlen Davudyan bildirib ki, sərnişinn daşımaları təxirə düşdüyü üçün təcili getməli olanlar təyyarəyə bilet alırlar: “Yol bağlanıb, kimsənin keçməsinə icazə verilmir. Bu gün təcili olaraq İrəvandan İrəvana yola düşməli olan sərnişinlər təyyarə biletləri almaq məcburiyyətində qaldılar. Ancaq sıxlıq səbəbindən yalnız iki gün sonra havaya qalxa biləcəklər”.

Davudyan deyib ki, İran sərhədinə tərəf Ağvani kəndi üzərindən alternativ Sisian-Mehri yolu var, amma dəhşətli vəziyyətdədir, avtobus oradan keçməyəcək.

Ermənistan Nəqliyyat Ekspeditorları Assosiasiyasının rəhbəri Yeqişe Ovannisyan isə Sisiandan Mehriyə gedən yolun Ağvani kəndi ərazisindən keçən hissəsinin Şimal-Cənub nəqliyyat layihəsinə daxil olduğunu xatırladıb: “Əslində, orada normal yol yoxdur: yol dolanır və sərnişinlərin və yüklərin daşınması üçün yararsızdır. Ancaq çox güman ki, çoxları bu xüsusi marşrutdan istifadə etmək məcburiyyətində qalacaq, çünki səhərdən etibarən İran və Ermənistanda yüzlərlə yük maşını Azərbaycan Silahlı Qüvvələrinin yol hissələrini bağlaması səbəbindən malları daşıya bilməyib”.

Yük daşımaları ilə məşğul olan “Apaven” şirkətinin direktoru Qaqik Ağacanyan isə bildirib ki, hər gün İrəvandan müxtəlif ölkələrə təxminən min ton mis konsentratı ixrac olunur.

Konsentratı Ermənistanın paytaxtına çatdırmaq üçün gündə 50 -yə yaxın yük maşını İrəvana və geriyə hərəkət edir. İndiki şəraitdə onlar öz işlərinin öhdəsindən gələ bilmirlər.

“Mis konsentratı almaq üçün gedən yük maşınlarımız orada ilişib qaldı və geri dönə bilmədi”.

Xatırladaq ki, Ermənistan hərbçilərinin Azərbaycan sərhədçisinə hücüm edərək onu süngü ilə yaralamasından sonra Azərbaycan sözügedən yolda hərəkəti dayandırıb.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …