Bazar , 24 Noyabr 2024

QHT

Səfirliklərə qarşı təcavüz və Azərbaycana artan təzyiqlər barədə QHT-lərin müzakirəsi keçirilib – FOTO +VİDEO

QHT-lərin müraciəti əsasında Agentliyin ofisində Səfirliklərə qarşı təcavüz və Azərbaycana artan təzyiqlər barədə QHT-lərin müzakirəsi keçirilib. Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi” istiqaməti üzrə qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Tədbirə açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların …

Read More »

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatları ilə bağlı Qərbi Azərbaycan İcmasının BƏYANATI

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını pozaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatlara başlamaqla öz təcavüzkar niyyətini növbəti dəfə ortaya qoymuşdur. 30 il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini işğal altında saxlayan, nəhayət, qüdrətli ordumuz tərəfindən darmadağın edilərək 10 noyabr 2020-ci ildə kapitulyasiya sənədinə imza atmağa məcbur edilən Ermənistan son iki ildə bütün vasitələrdən istifadə …

Read More »

AQC İdarə Heyətinin toplantısı keçirilib – FOTOLAR

Yeni təyinatlar təsdiq edilib, cəmiyyətin yeni üzvlərinə şəhadətnamələr təqdim olunub Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin iclası keçirilib. Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, toplantıda AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib. Qurumun fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, ötən müddət ərzində “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursu təşkil olunub. 28 iştirakçı arasından 16-nın müvəfəqiyyət qazandığını deyən …

Read More »

QHT-lər UNESCO-ya müraciət etdi – FOTO +VİDEO

13 sentyabr tarixində ölkə QHT-lərinin müraciəti əsasında Agentliyin ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti ilə bağlı tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvi, İlqar Orucov, elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvi İlqar Orucov …

Read More »

Agentlikdə şəhid ailələri, müharibə veteranları, qazilər ilə işləyən QHT-lərlə dəyirmi masa keçirilib

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində şəhid ailələri, müharibə veteranları, qazilərlə işləyən QHT-lərlə dəyirmi masa keçirilib. QHT.az xəbər verir ki, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvi Nurəddin Mehdiyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı, Agentliyin əməkdaşları, şəhid ailələri, müharibə veteranları, qazilərlə işləyən qeyri-hökumət təşkilatları iştirak ediblər.Əvvəlcə tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Tədbirə …

Read More »

Ekoloji yönümlü QHT-lər meşə yanğınları ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib

Sentyabrın 9-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı tədbiri keçirilib. Gunaz.tv Ölkə QHT-lərinin çoxsaylı müraciəti əsasında təşkil olunan tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, Agentliyin əməkdaşları, ekoloji yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. …

Read More »

Vüsal Quliyev: Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsinin səfəri təşkil edilib

Bu günədək yalnız Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsinin səfəri təşkil edilib. boyukmillet.com xəbər verir ki, bunu  Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib. Vüsal Quliyev bildirib ki, QHT-lərin işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi əsasda təşkil edilir.Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırım fəaliyyəti nəticəsində …

Read More »

QHT Agentliyində elmi – analitik mərkəzlərin yaradılması mövzusunda dəyirmi masa keçirilib – FOTO

8 sentyabr tarixində Agentliyin ofisində “Elmi – analitik mərkəzlərin yaradılması perspektivləri və vətəndaş cəmiyyətinin imkanları” mövzusunda dəyirmi masa keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov, iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov , Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı, Agentliyin əməkdaşları, elm və təhsil yönümlü qeyri-hökumət təşkilatları iştirak ediblər. Tədbirə açılış …

Read More »

Vüsal Quliyev: Həmkarlar ittifaqları fəaliyyətlərini daha da gücləndirməlidirlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabeliyində olan üzv təşkilatlar tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirilib. Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək həmkarlar ittifaqlarının cəmiyyətdəki əhəmiyyətli rolunu qeyd edib. Bildirib ki, həmkarlar ittifaqlarının fəaliyyətinin mərkəzində insan faktoru dayanır və bu qurumlar onların …

Read More »

QHT BMT qurumuna üzv qəbul olundu – FOTO +VİDEO

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi BMT-nin İqtisadi və Sosial Şurasına – ECOSOC-a xüsusi məşvərətçi statuslu (ECOSOC Special Consultative Status) üzv qəbul olunub.  Bu barədə açıqlamasında ictimai birliyin sədri Cəsarət Hüseynzadə bildirib. “2020-ci ildə BMT-nin əsas qurumlarından olan ECOSOC –a üzv olmaq üçün müraciət etmişdik və davamlı olaraq bu istiqamətdə iş aparırdıq. Təşkilatın fəaliyyəti haqqında geniş məlumatlar təqdim etdik. Eyni zamanda təşkilata …

Read More »