Cümə , 22 Noyabr 2024

QHT

QHT Agentliyi yeni qrant müsabiqəsini müzakirə etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə Agentliyin növbəti qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi, Qrant müsabiqəsi üçün təqdim edilən layihə sənədlərinin – ərizə, layihə təklifi, xərclər smetası və fəaliyyət planını təsdiqi, dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə razılaşdırılmasına dair Təlimatın təsdiq edilməsi, “Rəy Komissiyası”nın …

Read More »

Beynəlxalq qurumlar buna adekvat münasibət bildirməlidir – QHT sədri

“Hər bir beynəlxalq təşkilatın əsas məqsədi birmənalı olaraq həqiqəti müdafiə etmək olmalıdır. Amma son dövrlər bəzi beynəlxalq təşkilatlar bu prizmadan yanaşma nümayiş etdirmirlər. Mütəmadi olaraq Azərbaycan dövlətinə, Azərbaycan dövlətçilik ənənələrinə qarşı fərdi mövqelərindən çıxış edirlər”. Boyukmillet.com xəbər verir ki, bunu İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.Onun sözlərinə görə, bəzi təşkilat təmsilçiləri sosial şəbəkələrdə öz şəxsi profillərində Azərbaycan …

Read More »

Agentlik QHT-lərin suallarını cavablandıracaq

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün elan etdiyi kiçik qrant müsabiqəsində qalib gələn layihələrin idarəedilməsi qaydaları haqda canlı yayım təşkil olunacaq. Boyukmillet.com xəbər verir ki, Canlı yayımda qeyri-hökumət təşkilatlarını maraqlandıran və Agentliyin rəsmi elektron poçtuna, “facebook” səhifəsinə, əməkdaşlara fərdi qaydada ünvanlanan suallar cavablandırılacaq.Sualları layihələrin idarəedilməsi üzrə menecer Həsən Səmədov və mühasib Toğrul Xəlilov cavablandıracaq.

Read More »

Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar beynəlxalq təşəbbüslərin dəstəklənməsi ilə bağlı QHT-lərlə müzakirələr aparılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov və layihələrin idarə edilməsi üzrə menecer Ülkər Süleymanova “Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar beynəlxalq təşəbbüslərin dəstəklənməsi” istiqaməti üzrə QHT nümayəndələri ilə onlayn görüş keçiriblər.Boyukmillet.com xəbər verir ki, agentliydən QHT.az-a bildiriblər ki, görüşün məqsədi Xocalı soyqırımı ilə bağlı layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə müzakirələrin aparılmasıdır. …

Read More »

QHT Agentliyində Fatma Səttarova ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib, səmimi arzularını çatdırıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” …

Read More »

“Jest dilində Vətən və vətənpərvərlik mövzusu” layihəsinin icrasına başlanılıb

 “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə   “Jest dilində Vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və  vətənpərvərlik  mövzusunda tədbirlərin təşkili layihəsinin icrasına başlayır. Layihə fevral-may aylarını əhatə edərək, 4 ay davam edəcək. Layihə rəhbəri Cəmilə Çingizqızı Boyukmillet.com-a bildirib ki, “Jest dilində Vətən və vətənpərvərlik” vətən müharibəsi …

Read More »

QHT Agentliyinin rəhbərliyi Türkiyə Böyük Millət Məclisində və Xaricdə Yaşayan Türklər Baş İdarəsində olub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri çərçivəsində sonuncu görüşlərini keçirib. Boyukmillet.com xəbər verir ki, qonaqlar əvvəlcə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsində olublar. İdarənin sədr müavini Abdulhadi Turus qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək QHT Agentliyi ilə bir çox sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.QHT Agentliyinin Müşahidə Şurasının sədr müavini …

Read More »

Aygün Əliyeva: Türkiyə QHT-lərinin təcrübəsinin öyrənilməsi böyük əhəmiyyətə malikdir – VİDEO

Azərbaycan və Türkiyənin bütün sahələrdə səmərəli əməkdaşlığına uyğun olaraq Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi yaranandan sonra ilk beynəlxalq təcrübənin öyrənilməsinə məhz Türkiyədən başladıq. Nümayəndə heyətimiz səfər çərçivəsində Agentliyin fəaliyyəti ilə eyni funksiya daşıyan qurumların işi ilə tanış oldu, bir sıra görüşlər keçirdi, səmərəli müzakirələr aparıldı. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi …

Read More »

Vüsal Quliyev: QHT sahəsində Türkiyə ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir – VİDEO

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə sürətlə inkişaf edir. Qeyri-hökumət təşkilatları ilə iş sahəsində təcrübənin öyrənilməsi də vacibdir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev QHT sahəsində Türkiyə ilə əməkdaşlıq imkanlarını və onun əhəmiyyətini şərh edərkən ifadə edib. Səfər çərçivəsində Türkiyə QHT-lərinin fəaliyyəti ilə yaxından …

Read More »

QHT Agentliyi və Türkiyə DİN arasında Memorandum imzalandı – FOTOLAR

28 yanvar 2022-ci il tarixində Ankarada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkiatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Agentlik tərəfindən icraçı direktor Aygün Əliyeva və Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən isə Vətəndaş Cəmiyyəti ilə əlaqələr üzrə baş idarənin rəisi Erkan Kılıç imzalayıb. Bu Anlaşma Memorandumunun məqsədi Azərbaycan və Türkiyənin …

Read More »