“Bu il üçün kiçik qrant müsabiqəsinə 7 istiqamət üzrə 478 layihə təqdim olunub. Onlardan 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib. 452 layihə isə qəbul edilib”. Boyukmillet.com xəbər verir ki, bunu müsabiqənin nəticələrinə həsr olunmuş brifinqdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib. Onun sözlərinə görə, Agentliyin Müşahidə Şurasının üzvləri tərəfindən müsabiqənin keçirilməsinin müvəqqəti qaydasına …
Read More »Qovuşmaq sevinci!
Artıq bir neçə aydır Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT-lərin Ağdam, Şuşa, Tərtər-Suqovuşan -Talış və Gəncə şəhərlərinə səfərləri təşkil olunur. Bu dəfəki səfər 10 Dekabr-Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutdu. Yüzdən çox QHT rəhbərini Azərbaycan Respublikasının …
Read More »Milli informasiya məkanı dövlətin təhlükəsizliyi və davamlı inkişafı üçün əsas prioritetlərdən biridir – QHT sədri
“Media haqqında” yeni qanunun hazırlanması vacib idi. Bunu şərtləndirən çoxlu səbəblər var. Bu fikirləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib. Ekspert qeyd edib ki, köhnə qanun elə bir vəziyyətə düşmüşdü ki, artıq həmin qanuna əlavə və dəyişiklərin həcmi qanunun ilkin versiyasındakı həcmindən dəfələrlə çox idi. “Kütləvi informasiya vasitələri haqqında” 22 il bundan öncə qəbul …
Read More »Vüsal Quliyev: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdiddir
Azərbaycanda fəaliyyət göstərən 100-dən çox qeyri-hökumət təşkilatının nümayəndələri Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər. Səfər 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub. Boyukmillet.com xəbər verir ki, səfər zamanı qeyri-hökumət təşkilatlarının nümayəndələrini müşayiət edən Azərbaycan Respublikası …
Read More »QHT rəhbərləri Talış və Suqovuşana səfər ediblər – FOTOLAR
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri işğaldan azad edilən Suqovuşan qəsəbəsi və Talış kəndində səfərdədirlər. Boyukmillet.com xəbər verir ki, səfər iştirakçıları ilkin olaraq Talış kəndində Alban-Udi kilsəsini ziyarət ediblər. Səfər davam edir.
Read More »Erməni diasporundan Paşinyanın qızına: “Onun atası 5 min insanı öldürüb”
Ermənistan diasporunun bəzi nümayəndələri ölkənin Baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə ediblər. Boyukmillet.com xəbər verir ki, bununla bağlı videogörüntüləri ictimai fəal Akop Bereberyan özünün feysbukdakı səhifəsində yerləşdirib. Videoda diaspor nümayəndələrindən birinin Baş nazir Nikol Paşinyanın qızı Mariam Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə etməsi əks olunur. “Onun atası 5 min insanı öldürüb”, – diaspor nümayəndələrindən biri …
Read More »Prezident QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qrantlarla bağlı yeni səlahiyyət verib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, …
Read More »COJEP INTERNATIONAL Avroasia Koordinatorluğununu təşkilatçılığı və TİKA-nın dəstəyi ilə QHT-lərin konfransı keçirilib – FOTO
COJEP INTERNATIONAL Avroasia Koordinatorluğununu təşkilatçılığı və TİKA-nın dəstəyi ilə Bakıda ikinci “Vətəndaş Cəmiyyətinin Bacarıqlarının Gücləndirilməsi Proqramı” keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 100-ə yaxın qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən konqresin açılış proqramında Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Ağacavid Ramazanov, Türkiyənin Bakı səfiri Cahit Bağcı, TİKA-nın Bakı Proqram Koordinatoru Fatih Yılmaz, COJEP International Prezidenti Ali Gedikoğlu, COJEP International Baş Katibi …
Read More »QHT sədri: “Paşinyan təkcə özünün deyil, təmsil etdiyi dövlətin də rəzil durumunu ifadə edir”
Bəyanatda Minsk qrupunun adının çəkilməməsi Azərbaycanı tam təmin edir. Bu fikirləri “İki sahil” qəzetinə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.“Dünən Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə üçtərəfli görüşü keçirildi.Görüşdən əvvəl də ümumi təəssürat ondan ibarət idi ki, Azərbaycan Soçi görüşünə üstün tərəf kimi yola düşür. Bu, Ali Baş Komandan …
Read More »QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni icraçı direktor təyin olunub
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Agentlikdən verilən məlumata görə, iclasda Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər. Qeyd edək ki, Aygün Əliyeva 29 iyul 1988-ci ildə Bakı şəhərində anadan olmuş, 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər …
Read More »