Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. Vurğulanıb ki, Ukrayna düşməni öz torpaqlarından qovmağa hazırlaşır. Qeyd olunub ki, yeni hücum briqadaları Luqansk və Donetsk vilayətlərinin, eləcə də Krımın rus işğalçılarından azad edilməsində iştirak edəcək.
Read More »Çavuşoğlu: “Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülh üçün əlverişli şərait yaranıb”
“Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülhün bərqərar olması üçün əlverişli şərait yaranıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşğolu argentinalı həmkarı Santyaqo Kafiero ilə keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Türkiyənin məqsədi Cənubi Qafqazı sabitlik və inkişaf regionuna çevirməkdir: “Türkiyə və Azərbaycan bu istiqamətdə səmimi addımlar atırlar”.
Read More »Türkiyədə avtobus qəzaya uğrayıb, azərbaycanlı ağır yaralanıb
Türkiyədə azərbaycanlı yol qəzasında xəsarət alıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, türkiyəli Səfər B-nin idarə etdiyi avtobus dayanacaqda dayanmış şəxslərə, daha sonra mikroavtobusa çırpılıb. Hadisə nəticəsində 51 yaşlı Hikmət Kaya ölüb. Azərbaycanlı Əhməd Rzayev, həmçinin türkiyəli Fatma O, Yeter Bayqın, Oruç, Fehim Aydın və əlcəzairli Messaouda Marike yaralanıblar. Soydaşımızın durumunun ağır olduğu bildirilib. O, yaxınlıqdakı klinikaya yerləşdirilib. Avtobus sürücüsü saxlanılıb.
Read More »Türkiyə, Rusiya və Suriya nümayəndə heyətləri yaxın günlərdə danışıqlar aparacaq
Türkiyə, Rusiya və Suriyanın hərbi nümayəndə heyətləri yaxın vaxtlarda texniki səviyyədə danışıqlar aparacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. “Yaxın günlərdə nümayəndə heyətlərimiz texniki səviyyədə danışıqlar aparacaq. Nəticə əldə etmək üçün çox çalışırıq” – deyə, o bildirib. 2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin …
Read More »Hulusi Akar: “Zəngəzur dəhlizinin açılması hər birimizin xeyrinə olacaq”
“Zəngəzur dəhlizinin açılması hər birimizin xeyrinə olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, regionda sülh və sabitliyə əlavə töhfə verər: “Qış təlimi-2023” uğurla başa çatdı. Bu təlim Türkiyə ordusunun səviyyəsini göstərir. Təlimlərin belə bir şəraitdə uğurla keçirilməsindən qürur duyuram. Bu, Türkiyə ordusunun …
Read More »Ərdoğan: “İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik”
“İsveç Quranın təhqir edilməsinə göz yumduqca bu dövlətin Alyansa üzvlüyünə icazə verilməyəcək” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, İsveç boş yerə çalışmasın: “Finlandiyanın üzvlüyü ilə bağlı mövqeyimiz müsbətdir, amma İsveçə icazə vermərik”.
Read More »İran rəsmisi Ukraynanı raketlərlə hədələyib
İran nüvə danışıqları qrupunun müşaviri Məhəmməd Mərəndi Ukraynanı raket, dron və müxtəlif İran silahları ilə hədələyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Arabiya” nəşri yazıb. M. Mərəndini narahat edən məqam Prezident Volodimir Zelenskinin ofisinin müşaviri Mixaylo Podolyakın İrandakı dron zərbələrində Ukraynanın rolunun olmasına işarə etməsi olub. İran rəsmisi deyib ki, Zelenski “belə bir axmaqlıq etməyə peşman olacaq”: “Zelenski İranın pilotsuz …
Read More »Netanyahu İranın hərbi zavoduna endirilən zərbə ilə bağlı açıqlama verib
İsrailin Baş naziri Benyamin Netanyahu İranın mərkəzi şəhəri olan İsfahanda hərbi zavoda endirilən zərbə ilə bağlı açıqlama verib. Boyukmillet.com xəbər verir ki, bu barədə israilli siyasətçi “CNN”ə danışıb. Onun sözlərinə görə, İsrail İrandakı “müəyyən silah hazırlanmalarına qarşı tədbirlər görür”. Lakin Baş nazir İsfahandakı zavoda hücumun arxasında İsrailin dayanıb-dayanmamasını nə təsdiqləyib, nə də təkzib edib: “Mən heç vaxt konkret əməliyyatlar barədə …
Read More »Macarıstan Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyib
Macarıstan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna üzrə danışıqlara vasitəçilik etdiyinə görə Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinin tərəfdarıdır. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. “Türkiyənin danışıqlarda vasitəçilik təcrübəsi bu günə qədər yeganə uğurlu təcrübədir. Prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğlunun səyləri sayəsində …
Read More »Mövlud Çavuşoğlu: “Cənubi Qafqazda çoxtərəfli əməkdaşlıq davam edir”
“Cənubi Qafqazda çoxtərəfli əməkdaşlıq davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib Onun sözləinə görə, Azərbaycan, Gürcüstan və İranla əməkdaşlıq edir: “Ümid edirik ki, gələcəkdə Ermənistan da bizə qoşular. Beləliklə, orta dəhlizin əhəmiyyəti daha da artar”. M.Çavuşoğlu bildirib ki, Türk Dövlətləri Təşkilatı kifayət qədər nüfuzlu təşkilatdır: “Bir çox dövlət bu təşkilatın üzvü olmaq istəyir”
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
