Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilir. Boyukmillet.com xəbər verir ki, etirazçılar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” və s. şüarlar səsləndiriblər. Hazırda aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verir, saxlanılanlar var. t.me/ArmenianVendetta/29257
Read More »Hulusi Akar Azərbaycan xalqına təşəkkür edib
“Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin (Böyük Zirə – red.) adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə “bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını ehtiram və şükranla yad edirik”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini Anma Günü ilə bağlı bəyanatında bildirib. Eyni zamanda, müdafiə naziri Türkiyənin …
Read More »Türkiyədə hotelin damı uçub, 10 nəfər yaralanıb
Türkiyənin şimalındakı Sarıkamış şəhərində hotelin damının uçması nəticəsində azı 10 nəfər xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN Türk” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Sarıkamışın yerləşdiyi Qars vilayətinin qubernatoru Türker Oksyüz deyib ki, yaralananların həyatı üçün təhlükə yoxdur. Hadisə yerində xilasedicilər işləyir. Qeyd edək ki, hadisə Birinci Dünya Müharibəsi zamanı Sarıkamış döyüşünün 108-ci ildönümünə həsr olunmuş kütləvi tədbir …
Read More »Ermənistanda qadınların hərbi xidmətə çağırılması imkanı nəzərdən keçirilir
Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Armenpress” agentliyi Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb. “Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”-deyə, o bildirib. O, növbəti dəyişikliklərlə bağlı başqa məlumat verməyib. İndi Ermənistanda …
Read More »BƏƏ Ukraynaya generatorların ikinci partiyasını göndərib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ümumi dəyəri 100 milyon dollar olan humanitar yardım proqramı çərçivəsində Ukraynaya generatorların ikinci partiyasını göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Dövlət Əmlak Fondunun Mətbuat Xidmətinə istinadən məlumat verib. Bildirilib ki, BƏƏ Ukraynaya 1300 generatordan ibarət ikinci partiyanı təqdim edib. Generatorlar Sumı, Çerniqov, Xarkov, Dnepropetrovsk, Luqansk, Donetsk vilayətlərində və Kiyevdəki məktəblərə, uşaq bağçalarına, tibb …
Read More »Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb
Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb. Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib. Məlumata görə, 2023-cü il yanvarın 1-dən etibarən iki ölkə arasında hava yolu ilə daşınmalara başlanılıb. Daşınmalar ticarət məqsədlidir. Bildirilib ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə ixracatçı birliklərinə çatdırılıb. Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən …
Read More »Ərdoğan Zelenskiyə Ukrayna ilə Rusiya arasında vasitəçilik etməyə hazır olduğunu bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışığı zamanı Rusiya ilə davamlı sülhün bərqərar olması üçün vasitəçilik missiyasını öz üzərinə götürməyə hazır olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb. Söhbət zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizindəki vəziyyət müzakirə edilib. Əsir mübadiləsi ilə bağlı işlərin davam etdiyini …
Read More »Putin Ukraynada bütün təmas xətti boyu atəşkəs elan edib
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
Read More »Rusiya və Özbəkistan prezidentləri arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, liderlər ikitərəfli əlaqələrin gücləndirilməsi və ticarət dövriyyəsini artırılmasını müzakirə ediblər.
Read More »Ərdoğanın sözçüsü: “Azərbaycanla birlikdə TANAP üzərində işi davam etdiririk”
“Türkiyə Azərbaycanla birlikdə TANAP-ı qurdu. Həm Azərbaycan tərəfi, həm də biz işimizi davam etdiririk”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. “TANAP-ın tutumu ikiqat artacaq. Müharibə (Rusiya-Ukrayna müharibəsi-red) bitəndə bu infrastruktur sərmayələri bizə qayıdacaq”, – Kalın qeyd edib. “Ən əsası isə Qara dənizdə özümüzün təbii qazımızı tapdıq. Bəlkə də Aralıq dənizində tapacağıq. Oradakı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar