Cümə axşamı , 19 Fevral 2026

Region

Ərdoğanın nümayəndəsi: “Biz də Bakı kimi İranın bəzi bəyanatlarından narahatıq”

“Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib. Ərdoğanın sözçüsü vurğulayıb ki, İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər. “Belə bir səfərə hazırlıq görülürdü, onu təxirə salan bəzi səbəblər …

Read More »

Türkiyə XİN başçısı ABŞ-a səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu yanvarın 17-də ABŞ-a səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə türkiyəli nazir jurnalistlərə açıqlamasında bildirib. O, yanvarın 18-də ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.

Read More »

Çavuşoğlu: “Rusiya Ukrayna ilə danışıqlara yeni şərtlər əsasında qayıtmaq istəyir”

“Rusiya Ukrayna ilə danışıqlara qayıtmağa hazır olduğunu söyləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiya bu danışıqların yeni şərtlər əsasında olmasını istəyir. XİN başçısı bu şərtlərin Ukrayna tərəfindən qəbul edilməsinin qeyri-mümkün olduğunu da diqqətə çatdırıb.

Read More »

Ukrayna Baş Qərargahı Rusiyanın müharibədə itkilərinin sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin son sutka ərzində itkiləri 750 hərbçi, 5 tank, 7 zirehli döyüş maşını, 6 artilleriya sistemi və 1 helikopter təşkil edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 108190 hərbçisi zərərsizləşdirilib. Ümumiyyətlə, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri indiyədək 3036 tank, 6100 zirehli …

Read More »

Türkiyədə 30-dan çox terrorçu saxlanılıb

Türkiyənin Hatay vilayətində xüsusi əməliyyat zamanı 30-dan çox terrorçu saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, ölkənin cənub-şərqində yerləşən Hatay vilayətinin polis əməkdaşları PKK terror təşkilatının 16 və İŞİD-in 17 silahlısını saxlayıb. Axtarışlar zamanı onlardan ov tüfəngi, tapança, döyüş sursatı və narkotik vasitələr götürülüb.

Read More »

Rusiya son sutkada Ukraynada 760 hərbçisini itirib

Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 106 720 hərbçisini məhv edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Rusiyanın digər döyüş itkiləri 3 031 tank, 6 084 zirehli maşın, 1 792 operativ-taktiki PUA, 2021 artilleriya sistemi, 423 reaktiv yaylım atəşi sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 16 gəmi, 269 helikopter, 723 …

Read More »

Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna Ordusunun “Kraken” xüsusi bölməsi və Koş atamanı İvan Serko adına 92-ci ayrı mexanikləşdirilmiş briqada ölkənin Luqansk vilayətinin Novoselivske qəsəbəsini Rusiyanın işğalından azad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kraken” teleqramda məlumat yayıb. “Hücum zamanı düşmən yaşayış məntəqəsindən sıxışdırılıb çıxarılıb, düşmən texnika və canlı qüvvədə itki verib, işğalçıların bir qismi əsir götürülüb. Kənd Ukrayna Ordusunun nəzarətindədir”, – bölmə açıqlayıb. Eyni zamanda, hərbçilərin …

Read More »

SON XƏBƏR: Ülkü Ocaqları keçmiş başkanı Ankarada güllələndi – FOTOLAR

Türkiyənin paytaxtı Ankarada keçmiş Ülkü Ocaqları sədri Sinan Ateş və dostu Selman Bozkurta silahlı hücum edilib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, başından güllə yarası alan Sinan Ateş hadisə yerində ölüb, dostu Selman Bozkurt isə çiynindən yaralanıb. Polis hadisə yerindən qaçan şəxsin axtarışına başlayıb.

Read More »

Türkiyə PUA əleyhinə müdafiə sistemlərinin istehsalına başlayıb

Türkiyə pilotsuz uçuş aparatları (PUA) əleyhinə müdafiə sistemlərinin istehsalına başlayıb. Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir məlumat verib. O, Türkiyənin bu səviyyəyə asanlıqla gəlib çatmadığını bildirib. İdarə rəisi həmçinin deyib ki, hazırda “Hürjet” reaktiv təlim təyyarəsinin sınaqları keçirilir: “Təyyarə 2023-cü ildə istifadəyə veriləcək”. İ.Demir “Gökbey” helikopterlərinin də sürətli istehsalına başlanıldığını, yerli …

Read More »

Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop məlumat verib. O, Ərdoğanın Rusiya və Ukrayna arasında sülh yaratmaq məqsədilə göstərdiyi səylərə görə bu mükafata namizədliyinin irəli sürüldüyünü bildirib: “Bu məsələ ilə bağlı digər ölkələrdən də müraciətlər olacaq”.

Read More »