Bazar ertəsi , 8 Dekabr 2025

Region

Ərdoğan: “İstiqlal küçəsindəki hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar”

“Millətimiz əmin olmalıdır ki, İstiqlal küçəsində baş verən hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlərin və onun arxasında duranların üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir”, – Ərdoğan qeyd edib. O əmin edib ki, Türkiyəni və türk millətini terrorla ələ keçirmək cəhdləri dünən …

Read More »

İranda neft zavodunda yanğın baş verib

İranın mərkəzində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat verib. Bildirilib ki, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub, müəssisənin əməkdaşları təcili təxliyə edilib. Mümkün ölənlər barədə hələlik məlumat verilmir. Ümumilikdə yanğının baş verdiyi yaşayış məntəqəsində 400-ə …

Read More »

Rusiya və İran prezidentləri telefonla danışıb

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Söhbət zamanı siyasi, ticarət-iqtisadi, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq müzakirə edilib.

Read More »

Paşinyan: “Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb”

“Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyasının efirində deyib. Baş nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. “Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün …

Read More »

Ermənistanın baş naziri: “Kim dedi ki, Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?”

“Kim dedi ki, biz Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib. Paşinyan oktyabrın əvvəlində Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün ümumilikdə müsbət təəssürat yaratdığını bildirib. Baş nazirin sözlərinə görə, Türkiyə Prezidenti ilə danışıq onu göstərib ki, bəzən mətbuat bəyanatlarında göründüyü kimi, onunla Ərdoğanın fikirləri və baxışları heç də bir-birinə uyğun gəlmir. …

Read More »

Paşinyan: “Ermənistan ilin sonunadək Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün hər şeyi edəcək”

“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib. Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var. Bu variantlardan biri bütün mümkün məsələləri konkretləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir növ çərçivə sazişi ola bilər. “Həmçinin vurğulamaq çox vacibdir və beynəlxalq …

Read More »

Rusiya ABŞ-ın 200 vətəndaşının ölkəyə girişinə qadağa qoyub

Rusiya ABŞ-ın 200 vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bayden administrasiyası tərəfindən Rusiya rəsmilərinə, ictimaiyyət nümayəndələrinə, mədəniyyət xadimlərinə deyil, həm də Vaşinqtona etiraz edənlərə qarşı mütəmadi olaraq tətbiq edilən bütün yeni sanksiyalara cavab olaraq ABŞ vətəndaşlarına giriş qadağası tətbiq edilir”, – XİN-in bəyanatında deyilir. Siyahıya daxil edilən şəxslərə qadağa daimi …

Read More »

Fransa və Ermənistan XİN başçıları Azərbaycanla normallaşma prosesini müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin gedişatı, sərhədlərin delimitasiyası, eləcə də regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı aparılan işlər barədə məlumat verib. Nazirlər oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekununda qəbul …

Read More »

Türkiyə lideri: “Putinlə bir-birimizə inanırıq”

“Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, “taxıl sazişi” də bərpa olunmazdı”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Rusiya Prezidenti ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib: “Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdiririk”. Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi qərarı müsbət addım adlandırıb: “Rusiya …

Read More »

Ekspert: “İran təkcə daxildə yox, həm də xaricdə vəhşiliklərin törədilməsinə şərait yaradır”

“İran təkcə ölkə daxilində barbarlıq etmir, həm də xaricdə törədilən vəhşiliklərdə iştirak edir və Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya müxtəlif silahlar verməklə belə hərəkətlərə şərait yaradır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında ABŞ Demokratiyaları Müdafiə Fondunun hökumətlə əlaqələr və strategiya üzrə baş vitse-prezidenti Tobi Derşovits deyib. “Bunun qarşısını almaq bizim kollektiv maraqlarımıza cavab verir. Amma biz buna qorxularımıza …

Read More »