Bazar , 19 Yanvar 2025

Region

Həbs edilən Ermənistanın sabiq Baş Qərargah rəisinin oğlu azadlığa buraxılıb

Həbs edilən Ermənistanın sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov 1 milyon dram (təxminən 2,4 min dollar – Red) girov müqabilində azadlığa buraxılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun vəkili Mihran Poqosyan məlumat verib. Poqosyan qeyd edib ki, məbləğ artıq ödənilib, hazırda müdafiə tərəfi ödənişlə bağlı sübutların təqdim edilməsi üçün cəzaçəkmə müəssisəsinə gedib. Xaçaturov İrəvandakı …

Read More »

Armen Qriqoryan: “Tezliklə sülh sazişini müzakirə etmək üçün əsaslı görüşlər olacaq və biz irəliyə gedəcəyik”

“Rəsmi İrəvan yaxın gələcəkdə Bakı ilə sülh sazişi ətrafında danışıqlar aparmağa ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib. “Vəziyyəti dalana dirənmiş adlandırmazdım. Sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində ilk iclasını keçirib, növbəti görüşlər Moskva və Brüsseldə keçirilməlidir. Ümid edirik ki, razılıq əldə olunacaq …

Read More »

Akar: “İstənilən vaxt Suriyada yeni sərhəd əməliyyatına başlayacağıq”

Türkiyə istədiyi vaxt Suriyanın şimalında yeni sərhəd əməliyyatına başlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. “Prezident əməliyyatın bir gecə gözlənilmədən başlayacağını söyləyib. Bu, taktiki və strateji məsələdir, bununla bağlı lazımi məsləhətləşmələr aparılır, lazımi planlar hazırlanıb, müvafiq işlər görülüb”, – nazir bildirib. O qeyd edib ki, NATO-nun iyunun 28-30-da keçirilən sammitində Türkiyənin alyansdakı müttəfiqlərindən heç …

Read More »

Türkiyədə iki həftə ərzində koronavirusa yoluxma 5 dəfə artıb

Türkiyədə son iki həftə ərzində koronavirusa yoluxanların sayında təxminən 5 dəfə artım qeydə alınıb Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. “Təkcə iyunun 27-dən iyulun 3-dək Türkiyədə koronavirusa yoluxanların sayı bir həftə əvvəlki ilə müqayisədə 114 faiz artıb. Son iki həftə ərzində artım demək olar ki, 5 dəfədir”, – açıqlamada deyilir. Nazirin sözlərinə görə, əsas …

Read More »

Ukrayna Prezidentinin Ofisi: “Bir gecədə Rusiyanın 20 anbarını məhv etdik”

“Ötən gecə Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarını məhv etmişik”. Boyukmillet.com  UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Oleksey Arestoviç ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sisteminin üstünlüyündən danışarkən vurğulayıb. Onun sözlərinə görə, Rusiya hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün onların arxa cəbhəsində anbarlarının məhv edilməsi çox vacibdir: “70 km-lik məsafəyədək dəqiq zərbə nəticəsində rəqib yeni anbarları cəbhə …

Read More »

Rusiya Ukrayna şəhərini “İsgəndər” raketi ilə vurub

Rusiya Silahlı Qüvvələri “İsgəndər” tipli raketlə Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə zərbə endirib. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib. Onun sözlərinə görə, raket zərbələri nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb: “Bu zərbə şəhərin mərkəzinə endirilib. Əvvəlcə bu, aviasiya bombasına bənzəsə də, mütəxəssislər bunun “İsgəndər” tipli raket olduğunu bildiriblər”.

Read More »

Ərdoğan Rəisi ilə altılıq platformasını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər proqramı açıqlanıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək. Görüşdə bir çox məsələlərlə yanaşı, Cənubi Qafqazdakı durum da müzakirə olunacaq. Liderlərin altılıq platforması (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanın əməkdaşlığı üçün təklif olunan format) barədə fikir mübadiləsi aparacaqları da gözlənilir. Bundan başqa, …

Read More »

Türkiyənin Suriyada həlak olan hərbçilərinin sayı 2-yə çatıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həlak olan hərbçilərinin sayı 2-yə çatıb.  Boyukmillet.com “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Çavuşlar Ömür Ertuğrul Sarı və Muhammed Mustafa Koca yaralanaraq şəhid olublar. Daha bir hərbçi isə yaralıdır.13:40 Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında şəhid verib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd …

Read More »

KİV: “Conson istefa verəndən sonra Zelenski ilə danışacaq”

Böyük Britaniyanın Baş naziri Boris Consonun istefa verdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışacağı gözlənilir. Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph”ın jurnalisti Ben Rayli yazıb. İddiaya görə, Conson Zelenski ilə payızadək bu ölkəyə dəstək, həmçinin Britaniya və Ukraynanın ümumi maraqlarına cavab vermək məsələləri ətrafında müzakirələr aparacaq. Qeyd edək ki, Qərb mətbuatı bundan …

Read More »

Paşinyan: “Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ilkin razılaşmaların icrasına başlamaq lazımdır”

“Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ilkin razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, hər iki ölkədən olan xüsusi nümayəndələr sərhədin üçüncü ölkə vətəndaşları, eləcə də hava nəqliyyatı ilə yük daşımaları üçün açılması barədə razılığa gəliblər: “Anlaşma anlaşmadır. Lakin onları yerinə yetirmək …

Read More »