Türkiyənin cənub-şərqində xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, təhlükəsizlik qüvvələri “Eren Abluka” əməliyyatının 17-ci mərhələsi çərçivəsində Siirt vilayətində PKK-nın iki terrorçusunu məhv edib. Pervari bölgəsində zərərsizləşdirilən silahlılardan birinin daha əvvəl Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş “Arın” kod adlı xüsusi təhlükəli terrorçu Şükran Alp olduğu üzə çıxıb. Əməliyyat …
Read More »Ermənistanda hərbi hissə komandiri yanacaq oğurlayıb
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri benzin talonu oğurluğunda ittiham olunur. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb. Bildirilib ki, S.E. 2016-cı ildə hərbi hissə komandiri olub. Onun həmin ilin sentyabrın 8-də 2,5 milyon dram (11 min manata yaxın) məbləğində benzin yanacağının talonunu mənimsəməsinə dair çoxsaylı dəlil-sübutlar mövcuddur. O, 2021 və 2022-ci illərdə hərbi …
Read More »Rusiyanın hava hücumundan müdafiə sistemi öz-özünü vurub
Rusiya Silahlı Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi texniki xəta nəticəsində öz-özünü vurub. Boyukmillet.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, hadisə Ukraynanın Luqansk vilayətinin işğal altındakı Alçevsk şəhərində qeydə alınıb. Videodan göründüyü kimi, havaya buraxılan raket müəyyən müddət sonra trayektoriyasını dəyişərək müdafiə sisteminin özünü vurub. Xatırladaq ki, müharibənin ötən 4 ayı ərzində Rusiya Silahlı Qüvvələri 100-ə yaxın hava hücumundan müdafiə sistemi …
Read More »Qaribaşvili: “Ukrayna və Moldova namizəd statusunu həvəsləndirici hədiyyə kimi alıb”
“Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusunu həvəsləndirici hədiyyə kimi əldə edib”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili brifinqdə deyib. O, hər iki ölkəni namizəd statusu alması münasibətilə bir daha təbrik edib: “Ukrayna və Moldovaya uğurlar, hər iki xalqa tərəqqi və sülh arzulayıram. Ukrayna ən ağır müharibə şəraitindədir, Moldova da çətin vəziyyətdədir. Biz onlara paxıllıq etmirik. Əksinə, …
Read More »AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri “Dinməyən acı: Xocalı” elmi əsərini Türkiyə Böyük Millət Məclisinin sədrinə təqdim edib
AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı İstanbulda keçirilən Qlobal Parlament Konfransı çərçivəsində müəllifi olduğu “Dinməyən acı: Xocalı” elmi əsərini Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa təqdim edib.Kitabın 669-cu səhifəsində parlament sədri Mustafa Şəntopun rəhbərliyi ilə Türkiyə rəsmi heyətinin 44 günlük Vətən müharibəsinin qızğın çağında Gəncə şəhərinə səfər etməsi barədə mühüm tarixi məqamlar əksini tapıb.Əsəri böyük maraq və minnətdarlıq hissi …
Read More »Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb
Türkiyənin Marmaris bölgəsindəki meşə yanğınını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Boyukmillet.com “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. 34 yaşlı şübhəli törətdiyi əməli etiraf edib. O, keçmişdə həmin rayonla bağlı yaranmış ticarət mübahisəsi ucbatından əsəbiləşib və hətta ailəsində yaranan problem səbəbindən özünü öldürmək istədiyini də bildirib. Bundan başqa, hadisə yerində iki benzin bidonu …
Read More »Türkiyə və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb
Türkiyə və Böyük Britaniyanın müdafiə nazirləri Hulusi Akar Ben Uolleslə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb. Görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, Ukraynadakı vəziyyət müzakirə edilib.
Read More »Dövlət başçısı: “Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiyanın fəal səylərinə ümid bəsləyirik”
“Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib. “Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək istərdim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. …
Read More »Prezident: “Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən müsbət qəbul ediləcək”
“Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib. Dövlət başçısı qeyd edib: “Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. …
Read More »İraq İrana nota verib
“İraq İranın su siyasətinə görə Tehrana nota verib”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın su ehtiyatları naziri Mehdi Raşid bildirib. Nazirin sözlərinə görə, İranın Dəclə çayına axan və elektrik enerjisi istehsalı, həmçinin suvarma baxımından İraq üçün mühüm əhəmiyyət kəsb edən Kiçik Zab çayı üzərində bəndlər tikməsi ölkənin su təhlükəsizliyinə təhdid yaradır: “İran ərazisindən başlayan Kiçik Zab və …
Read More »