Cümə , 20 Fevral 2026

Region

Türkiyə Prezidenti: “Qış yaxınlaşdıqca Qərb narahat olur”

“Qış yaxınlaşdıqca Qərb narahat olur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin təsirləri fərqli sahələrdə hiss edilir: “Qərb liderləri xalqlarını qışa hazırlaşmağa çağırır. Sülhə gedən yol isə təəssüf ki, açılmır”. R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara sülh üçün səmimi səylər göstərən yeganə dövlətdir: “Diplomatik uğurumuz bunun ən yaxşı nümunəsidir. Savaşın ilk günlərində bizi …

Read More »

Ərdoğan Yunanıstana xəbərdarlıq edib: “ABŞ-dan gələn dəstək sizə kömək etməz”

“Yunanıstanı bizə qarşı təhrik edənlərin niyyətini yaxşı bilirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, rəsmi Ankara çirkli ssenarilərin həyata keçirilməsinə imkan verməyəcək: “Adalara yığılan silahlar bizim üçün mənasızdır. Çünki bizim imkanlarımız daha çoxdur”. Türkiyə lideri Yunanıstana xəbərdarlıq edib: “Özünüzə gəlin. ABŞ-dan gələn dəstək sizə kömək etməz”.

Read More »

KİV: “Türkiyənin daxili işlər naziri istefa verib”

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun istefa verməsi ilə bağlı məlumatlar yayılıb. Boyukmillet.com xəbər verir ki, o, ölkənin Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında istefa ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Dövlət başçısının istefa ərizəsinə nə cavab verdiyi hələ ki, məlum deyil. Bəzi mənbələr R.T.Ərdoğanın istefa ərizəsini qəbul etdiyini bildirib. “Milli Gazete”nın xəbərinə görə, AKP üzvü Faruk Çəlik Türkiyənin …

Read More »

Məhv edilmiş erməni hərbçilərin valideynləri Paşinyanın qarşısını kəsmək üçün xiyabana toplaşıblar

Ermənistanda ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən hərbçilərin valideynləri, eləcə də onlara dəstək verən digər şəxslər Yerablur hərbi xiyabanına toplaşmağa başlayıblar. Boyukmillet.com xəbər verir ki, onların arasında “Şərəf duyuram” fraksiyasının deputatları və Ermənistan Respublika Partiyasının nümayəndələri də var. Məhv edilmiş əsgərlərin valideynləri aksiyanın bu gün 2020-ci ildə Qarabağda hərbi əməliyyatların başlanmasının növbəti ildönümü günündə keçiriləcəyini bildiriblər. Onların məqsədi …

Read More »

KİV: “Rusiyada hərbi komissrarlığa silahlı hücum olub, hərbi komissar ölüb”

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa atəş açılması nəticəsində hərbi komissar ölüb. Boyukmillet.com xəbər verir ki, məlumatı xarici KİV yayıb. Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zini adlı şəxs saxlanılıb. Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.

Read More »

Ukrayna Silahlı Qüvvələri: “İran dronları ABŞ və İsrail PUA-larının keyfiyyətsiz surətidir”

İran dronları ABŞ və İsrail pilotsuz uçuş aparatlarının keyfiyyətsiz surətidir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergeyy Çerevatı “Freedom” telekanalının efirində danışıb. Onun sözlərinə görə, Rusiya təbliğatı İran PUA-larını hansısa “super nailiyyət” və ya “vundervaffe” kimi təqdim etməyə çalışır: “Əslində, bu, Amerika və İsrail PUA-larının vurulduqdan sonra götürə bildikləri pis bir surətidir. Məsələn, onun …

Read More »

Rusiya vətəndaşlarının Polşaya girişinə məhdudiyyət qoyulub

Polşada Şengen vizası olan Rusiya vətəndaşlarının hava və dəniz limanları vasitəsilə ölkəyə girişinə məhdudiyyətlər işə salınıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, indi bu Avropa ölkəsinə daxil olmaq üçün heç bir əsası olmayan rusiyalını göyərtəsinə götürən dəniz və hava daşıyıcıları onu öz hesablarına geri göndərməli olacaqlar. Bu tədbirlər əvvəllər avtomobil və piyada keçid məntəqələrində tətbiq edilib.

Read More »

KİV: “Səfərbərlik elan edildikdən sonra Rusiyanı 261 min kişi tərk edib”

Prezident Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyanı 261 min kişi tərk edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Novaya qazeta. Yevropa” Rusiya Prezident Administrasiyasındakı mənbəyinə istinadən xəbər verir. Kreml daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanması ilə bağlı müzakirələr sentyabrın 21-də Rusiyanı tərk edən kişilərin sayı ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin rəqəmləri bildirməsindən sonra başlayıb. “Prezident Administrasiyasında elə bir atmosfer …

Read More »

Erməni deputat yerli hakimiyyəti, prokuror və hakimləri təhqir edərək hədələyib

Ermənistanın “Hayastan” fraksiyasından olan deputat İşxan Saqatelyan ölkə hakimiyyətini, eləcə də prokuror və hakimləri hədələyib. Boyukmillet.com xəbər verir ki, deputat bu barədə feysbuk hesabında yazıb. “Oğlanlar satqın mülkədarın, xainin (Nikol Paşinyanın – “Report”) göstərişi ilə özbaşınalıq edən prokuror, müstəntiq və hakimlərinin qanunsuz qərarları nəticəsində 4 ay yarımdır ki, həbsdədirlər”, – deputat sosial şəbəkə hesabında yazıb. “Geras, Qor, Taron yalnız “demokratik” …

Read More »

Türkiyənin XİN başçısı: “Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar”

Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səy göstərir. Çavuşoğlu tərəflərin həll yolundan uzaqlaşmalarına baxmayaraq, ümidlərini itirmədiklərinin vurğulayıb. “Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – “Report”) əsas məqsədi cənab Putin (Rusiyanın dövlət başçısı Vladimir Putin …

Read More »