Cümə axşamı , 19 Fevral 2026

Region

Ermənistan müxalifətçiləri parlamentə xidməti girişdən daxil olublar

Ermənistan müxalifətçi deputatları parlamentin binasına xidməti girişdən daxil olublar. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. “Şərəf duyuram” fraksiyasının rəhbəri Hayk Mamicanyan bildirib ki, onlar orada hakim fraksiya nümayəndələrini gözləmək niyyətindədirlər. Deputat etirazçıları xidməti girişə yaxınlaşmamağa çağırıb. “Çox vacib bir məqam yetişib. Onlar (hakim fraksiyadan olan deputatlar – red.) gəlib öz işləri ilə məşğul olmalıdırlar”, – Mamicanyan deyib. Öz növbəsində …

Read More »

Ərdoğan: “Ermənistanın etdikləri qəbuledilməzdir”

“Hər zaman Azərbaycanın yanındayıq. Ermənistanın etdikləri qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Ermənistanla Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra bu vəziyyəti qəbuledilməz hesab edirik. Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələri ilə üz-üzə qalacaq. Bir daha Azərbaycan şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev …

Read More »

“Vətən Müharibəsindən sonra, ikinci dəfə bölgənin hərbi-strateji xəritəsi dəyişdi” – RƏY

“Vətən Müharibəsindən sonra, ikinci dəfə bölgənin hərbi-strateji xəritəsi yenidən dəyişdi”. “Azərbaycan ordusunun 7 saatlıq əməliyyatı yalnız Azərbaycanın sərhəd rayonlarını yox, bütövlükdə Cənubi Qafqazdakı sülh və əməkdaşlıq perspektivini sonrakı uzun bir dövr üzrə erməni təhlükəsindən xilas etdi. Belə ki, Azərbaycan əsgəri Ermənistanın təxribat cəhdinə cavab olaraq əks həmlə ilə sərhədboyu istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektləri darmadağın edərək İrəvanın nəinki yenidən …

Read More »

ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirəcək

ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib. Telefon söhbəti zamanı ABŞ dövlət katibi Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib. Antoni Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında …

Read More »

Aİ-nin ali nümayəndəsi ilə Ermənistan XİN başçısı arasında telefon danışığı olub

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Josep Borrel tviter səhifəsində yazıb. O, bildirib ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər: “Hərbi əməliyyatlar dayandırılmalı və atəşkəsə hörmət edilməlidir”. Borrel xatırladıb ki, Aİ gərginliyin azaldılması istiqamətində səylərini davam etdirməyə hazırdır.

Read More »

Hulusi Akar Yunanıstana xəbərdarlıq edib: “Bu qədər ikiüzlülük, riyakarlıq olmaz”

“Yunanıstan rəhbərliyinə deyirik ki, tarixdən nəticə çıxarın, yeni macəralar axtarmayın”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib. “Bəziləri Yunanıstanın qulağına nə isə deyə bilər. Tarix bunların keçərli olmadığını göstərib. Güzgüyə baxsalar, həqiqəti görəcəklər və bəlkə, utanarlar. Bu qədər ikiüzlülük, riyakarlıq olmaz”, – o bildirib. H.Akar, həmçinin söyləyib ki, Türkiyə problemlərin sülh yolu ilə …

Read More »

Ermənistanın Baş nazirinin Şarl Mişellə telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, N.Paşinyan Şarl Mişelə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisə ilə bağlı məlumat verib. Ş.Mişel regionda sülhün və sabitliyin alternativi olmadığını, gərginliyin azaldılması üçün səy göstərməyə hazır olduğunu bildirib.

Read More »

Nikol Paşinyan Ermənistanın 49 hərbçisinin öldüyünü etiraf edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginlikdə ölən erməni hərbçilərin ilkin sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumət başçısı parlamentdə çıxış edərkən danışıb. Onun sözlərinə görə, Ermənistan tərəfi 49 hərbçisini itirib: “Bu, yekun rəqəm deyil”.

Read More »

Ermənistan parlamentinin sədri sərhəddə itki verdiklərini etiraf edib

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin silahlı qüvvələrinin Azərbaycanla sərhəddəki hərbi toqquşmalarda itki verdiyini etiraf edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə sentyabrın 13-də parlamentin iclasında bildirib. A.Simonyanın sözlərinə görə, sentyabrın 13-də Azərbaycanla Ermənistan sərhədində baş verən atışma nəticəsində erməni tərəfdən ölənlər və yaralananlar var. Ermənistan parlamenti Azərbaycanla sərhəddə baş verən silahlı toqquşma ilə bağlı toplanıb. Lakin qanunverici orqanda …

Read More »