Bazar ertəsi , 14 Sentyabr 2026

Region

Türkiyədə 2 500 il yaşı olan Afrodita məbədi aşkarlandı

Türkiyədə arxeoloqlar təxminən 2 500 il əvvəl tikilmiş Afrodita məbədinin qalıqlarını tapıblar. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Daily Sabah” məlumat yayıb. Məbəd ölkənin qərbindəki Urla-Çeşme yarımadasında yerləşib. Tədqiqatçılar ümumilikdə 35 qədim qəsəbə tapıblar, onlardan 16-sı, həmçinin məbədin qalıqları neolit dövründən sonraya aiddir. Qazıntılara başçılıq edən arxeoloq Elif Koparal kəşfi “heyrətləndirici” və “cəlbedici” adlandırıb. O, həmçinin əlavə edib ki, Afroditanın inşasının eramızdan …

Read More »

Türkiyə hərbçiləri terrorçuları məhv edib

Türkiyə ordusu “Barış pınarı” zonasına keçməyə hazırlaşan PKK/YPG terror qruplaşmasının silahlılarını məhv edib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, PKK/YPG terror qruplaşmasının 4 silahlısı sülh və təhlükəsizliyi pozmaq üçün “Barış pınarı” zonasına daxil olmağa cəhd ediblər. Terrorçular Türkiyə hərbçiləri tərəfindən məhv edilib.

Read More »

Suriyada 2 türk əsgəri şəhid olub, daha 8 nəfər yaralanıb

Suriyada PKK/YPG silahlılarının törətdiyi terror aktı nəticəsində iki türk jandarmı şəhid olub, daha bir neçə nəfər xəsarət alıb. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, hadisə “Barış pınarı” əməliyyatının keçirildiyi ərazidə baş verib. Suriya-Rəsulayn Haseke-2 nəzarət-buraxılış məntəqəsində nəqliyyat vasitəsi partladılıb. Nəticədə 2 türk jandarmı şəhid olub, 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Read More »

Rusiyada yaşayan ermənilər Paşinyanın istefasını tələb etdilər

Rusiyanın Kalininqrad vilayətinin erməniləri Ermənistanda Rusiya əleyhinə hücumları dayandırmağı tələb ediblər. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Kalininqrad vilayətinin erməni diasporunun üzvləri müraciətlə çıxış edərək, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın təcili istefası məsələsini də qaldırıblar. Vilayətdəki erməni diasporu nümayəndələrinin tələbləri arasında Milli Razılıq hökumətinin yaradılması, Ermənistan parlamentinə erkən seçkilər, “Hayastan” fondundan ictimai hesab tələbi və Rusiyaya qarşı …

Read More »

İraqda İŞİD terrorçuları yaxalanıb

İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kərkük əyalətində terrorçuluğa qarşı əməliyyatların gedişatında İŞİD-in beş terrorçusunu yaxalayıblar. Boyukmillet.com-un məlumatına görə, bu barədə Kərkükün Polis Departamentinin rəisi Əli Kamal “Anadolu” agentliyinə bildirib. Polis rəisinini sözlərinə görə, əməliyyatlar eyni zamanda iki ünvanda həyata keçirilib. O, qeyd edib ki, İŞİD-in dörd terrorçusu Kərkükün mərkəzində, daha bir silahlı isə Dakuk ərazisində tutulub. Polis daxil olmuş informasiyanı …

Read More »

BMT-də İranla nüvə anlaşması müzakirə ediləcək

BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyətlə bağlı toplantı keçirəcək. Boyukmillet.com RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu CAR-ın dünya təşkilatındakı daimi nümayəndəsi Ceri Mettyus Matjila deyib. Onun sözlərinə görə, toplantı 22 dekabr tarixində baş tutacaq. Qeyd edək ki, İran nüvə məsələsi üzrə danışıqlar zamanı əldə edilmiş razılıqda nəzərdə tutulan radioaktiv maddə ehtiyatını …

Read More »

Rusiya müdafiə naziri Bakıda səfərdədir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya gəlib. Bu barədə Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir. Daha əvvəl o, günün birinci yarısında Yerevanda olub və ermənistanlı həmkarı, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.

Read More »

Erməni nazir uğursuz PUA sınağına görə istefa ərizəsi yazıb

Ermənistanda yerli pilotsuz uçan aparatların (PUA) sınağı baş tutmadığı üçün ölkənin nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan bu yaxınlarda istefaya göndəriləcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə məlumatı “Hraparak” nəşri yazıb. “Müharibə zamanı çoxlu maraqlı hadisələr və uğursuzluqlar baş verib. Onları yavaş-yavaş öyrənəcəyik. Hökumətin bəzi məmurları döyüş zamanı təcrübə keçirməyə cəhd göstərib. Onlardan biri də nazir Akop Arşakyan olub. O, …

Read More »