Çərşənbə axşamı , 16 İyun 2026

Sağlamlıq

Xaricdə təhsil alaraq Azərbaycana qayıdıb dövlət xəstəxanalarında işləyən həkimlərin sayı açıqlanıb

“Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sayəsidə vətəndaşlar keyfiyyətli tibbi xidmətlərlə təmin olunurlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib. O qeyd edib ki, bu gün vətəndaşlarımız bahalı tibbi əməliyyatlardan ödənişsiz istifadə edirlər: “Bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması istiqamətində müvafiq …

Read More »

Prezident: “Qürurverici haldır ki, yüzlərlə həmvətənimiz dünyanın müxtəlif guşələrində ən mötəbər klinikalarda çalışır”

“Qürurverici haldır ki, Azərbaycan tibb təhsilinin və elminin yetirdiyi yüzlərlə həmvətənimiz dünyanın müxtəlif guşələrində ən mötəbər klinikalarda çalışır və yüksək peşəkarlıqları ilə seçilərək xalqımızı layiqincə təmsil edirlər. Onlar ölkəmizin hüdudlarından çox-çox uzaqlarda olsalar da, qəlbləri daim doğma Azərbaycanla döyünür. Qırx dörd günlük Vətən müharibəsi zamanı könüllü şəkildə ön cəbhəyə yollanan ağxalatlı qəhrəmanlarımızın simasında bu, bir daha təsdiqini tapdı”. Boyukmillet.com xəbər …

Read More »

Teymur Musayev: “Son illərdə Azərbaycanda vərəmlə xəstələnmə dinamikasında azalma müşahidə olunur”

Son illərdə Azərbaycanda vərəmlə xəstələnmə dinamikasında azalma müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, 2005-ci ildə vərəmlə xəstələnmə göstəricisi 100 min nəfər üçün 43,7 idisə, hazırda bu rəqəm 25,3-dək azalıb.

Read More »

Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətin təşkilində xüsusi fərqlənən bir qrup tibb işçisi təltif edilib

Səhiyyə nazirinin müvafiq əmrinə əsasən, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə yeni yaradılan xəstəxanalarda peşə fəaliyyəti zamanı xüsusi fərqlənən, eyni zamanda Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş bir qrup tibb işçisi qüsursuz və səmərəli fəaliyyətlərinə görə “Fəxri Fərman”la təltif olunub. Boyukmillet.com xəbər verir …

Read More »

Agentlik: “Ötən il əhalinin 47 faizi icbari tibbi sığorta zərfindən yararlanıb”

“Ötən il əhalinin 47 faizi icbari tibbi sığorta zərfindən yararlanıb”. Boyukmillet.com xəbər verir ki, bunu İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədrinin müşaviri Nelli Veysova “Ümümmili Lider Heydər Əliyev: Səhiyyəmizin Beynəlxalq müstəvidə tanınmasına gedən yol”a həsr olunan “Müasir Kardiologiya: nailiyyətlər və innovativ yeniliklər” mövzusunda Beynəlxalq Elmi Konqresin açılış mərasimində deyib. O bildirib ki, icbari tibbi sığorta zərfi çərçivəsində 400-ə …

Read More »

Laçın Ailə Sağlamlıq Mərkəzi istifadəyə verilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib. TƏBİB-dən  bildirilib ki, ümumi sahəsi 299.50 m2 olan mərkəz 1-i 5 çarpayılı stasionar olmaqla, ümumilikdə 15 otaqdan ibarətdir. Mərkəzdə həkim otağı, tibb bacısı otağı, prosedur-sarğı otağı, peyvənd və körpə/uşaq izləmə otağı, körpə baxımı və ana südü ilə qidalanma otağı, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq …

Read More »

AQTA sədri Fransada ÜHST-nin Baş direktoru ilə görüşüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasında iştirak etmək üçün Fransaya işgüzar səfəri davam edir. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində AQTA-nın nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasının açılış mərasimində iştirak edib. 90-cı Baş Sessiyanın açılış mərasimində ÜHST-nin …

Read More »

Səhiyyə Nazirliyi: “Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların müayinəsi davam etdirilir”

Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların müayinəsi bu gün də davam etdirilir”. Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, hələlik bir nəticə yoxdur: “Digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqlarla bağlı da heç bir nəticə yoxdur”.

Read More »

Nazir Ümumdünya Səhiyyə Assambleyasının iclasında bəyanat səsləndirib

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasında Qoşulmama Hərəkatı adından bəyanat səsləndirib. Boyukmillet.com xəbər verir ki, Teymur Musayev Qoşulmama Hərəkatına üzv ölkələrinin hər bir insanın tibbi xidmətlərə çıxışının təmin edilməsində mühüm məsələ olduğunu vurğulayıb. Qoşulmama Hərəkatı SARS-COV-2 pandemiyasının nəticələrinin uzun müddətdə idarə olunması üçün ÜST-lə əməkdaşlığa hazırdır. Hərəkat pandemiyanın təsirlərinin aradan qaldırılması üçün qlobal səylərin gücləndirilməsində mühüm rol …

Read More »

İlham Əliyev “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli Konqres iştirakçıları! Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən paytaxtımıza gəlmiş alimləri “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, gələcək fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram. Builki Konqresin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik …

Read More »