Cümə axşamı , 16 Yanvar 2025

Sağlamlıq

AQTA: “İdxal və ixrac əməliyyatları zamanı 3 600 tondan çox məhsul barədə zərərsizləşdirilmə qərarı verilib”

Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirləri nəticəsində idxal-ixrac əməliyyatları prosesində 3 620 ton və 20 460 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid məhsul barədə zərərsizləşdirilmə, məhv edilmə, geri qaytarılma və ya utilizasiyaya dair qərarlar qəbul olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib. O bildirib ki, məhv edilən məhsulların …

Read More »

Səhiyyə Nazirliyi: “Binəli Yıldırım və Şamil Ayrımın yaxın saatlarda xəstəxanadan buraxılacağı gözlənilir”

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin yaxın saatlarda evə yazılacağı (xəstəxanadan buraxılacağı) gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə onlar xəstəxanada mütamadi həkim nəzarəti altındadırlar, vəziyyətləri qənaətbəxşdir, …

Read More »

Azərbaycanda yod qıtlığı aradan qaldırılır – RƏSMİ

Son zamanlar apteklərdə müşahidə olunan yod qıtlığı aradan qaldırılır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib. “Yodun idxalı üçün idxalçı şirkət tərəfindən müraciət sentyabr ayının sonunda qeydə alınıb. Bu onu deməyə əsas verir ki, yod problemi aradan qalxır”, – qurumdan qeyd olunub. Xatırladaq ki, Azərbaycan ərazisində apteklərdə yodun çatışmazlığı barədə media və sosial şəbəkələrdə xəbərlər yayılıb. …

Read More »

Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qidaların ölkəyə idxalı dayandırılıb

Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkəyə idxalı dayandırılıb. Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib. Bildirilib ki, cari il ərzində qida məhsullarının idxalı ilə məşğul olan subyektlərlə çoxsaylı görüşlər keçirilib, qanunvericiliyin tələbləri sahibkarlıq subyektlərinin diqqətinə çatdırılmış, bu cür nöqsanlara təkrar yol verən idxalçı şirkətlərə xəbərdarlıqlar olunub və yol verdikləri pozuntularla əlaqədar barələrində qanunvericiliklə …

Read More »

Səhiyyə Nazirliyi: “Edillidə aşkarlanan kütləvi məzarlıqdakı qalıqların ekspertizası aparılacaq”

“Yaxın zamanlarda Xocavənd rayonunun Edilli kəndində aşkarlanan 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların Baş Prokurorluğun qərarı əsasında məhkəmə-tibbi ekspertizası aparılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Xocavəndə ezam olunmuş əməkdaşına açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, ekspertiza zamanı onların yaşı, boyu, cinsi, sümüklərdə olan xəsarətlər təyin ediləcək: “Onların bəzilərinə …

Read More »

Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşıb

Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 614 milyon 867 min 412-yə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universiteti məlumat yayıb. Məlumata görə, dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 536 min 481 nəfər COVID-19-dan dünyasını dəyişib. Virusa 30 milyondan çox yoluxmanın qeydə alındığı ölkələr ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniyadır. “Worldometers” portalının məlumatına görə, bazar günü …

Read More »

Son sutkada Azərbaycanda 259 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Azərbaycanda indiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9 893 nəfər vəfat edib, aktiv xəstə sayı 1 …

Read More »

Bakıda “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi” mövzusunda tədbir keçirilib

“Liv Bona Dea Hospital” Bakıda “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi” mövzusunda tədbir keçirib. Boyukmillet.com xəbər verir ki, görüşdə Türkiyə və Azərbaycandan iş adamları, eyni zamanda türk könüllülər, Milli Məclisin deputatları Könül Nurullayeva, Nigar Arpadarai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, türkiyəli iş adamları Ədalət İnanç, Neslihan Tonbul, Seval Bahçivan, Jalə Balcı, Ebru Ural, Elif Hobikoğlu, …

Read More »

Azərbaycan və Türkiyə arasında həkim mübadiləsi aparılacaq

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi” qeyri-hökumət təşkilatı arasında Niyyət Bəyannaməsi imzalanıb. Boyukmillet.com xəbər verir ki, Niyyət Bəyannaməsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin rəhbəri Dinçer Yıldızdaş imzalayıblar. Niyyət Bəyannaməsi tərəflər arasında bilik və təcrübə mübadiləsi, idarəetmə heyəti, mütəxəssis-həkimlərin və digər səhiyyə işçilərinin mübadiləsinə dəstək, …

Read More »