Azərbaycanda “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Peyvənd İnstitutunun direktoru Ateş Kara məlumat verib. Onun sözlərinə görə, vaksinin Türkiyədə istifadəsinə başlanılıb: “Bakı Sağlamlıq Mərkəzi və digər xəstəxanalarda sınaqları aparılacaq”. Qeyd edək ki, Türkiyə Sağlıq İnstitutu ilə Bakı Sağlamlıq Mərkəzi arasında “TURKOVAC” vaksinin kliniki sınaqlarının başlanmasına dair müqavilə imzalanıb.
Read More »BMT Baş katibi dünya ölkələrinə xəbərdarlıq edib
BMT Baş katibi Antoniu Quttereş dünya ölkələrinə koronavirus pandemiyası ilə bağlı xəbərdarlıq edib. “Boyukmillet.com” xəbər verir ki, təşkilat rəhbəri bu barədə tviter hesabında yazıb. “Altı milyon insanın COVID19-dan faciəvi şəkildə itkisi, pandemiyaya qarşı ehtiyatlılığımızı aşağı salmamalı olduğumuzu xatırladan ağrılı bir xatırlatmadır. Biz onların xatirəsi ilə daha tez-tez hərəkət etməliyik ki, hamı, hər yerdə peyvənd və müalicələrə əlçatan olsun”, – Antoniu Quttereş …
Read More »Uşaq və digər əyləncə mərkəzlərində vaxt, say məhdudiyyəti ləğv edilib
Bu gündən İstirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilib. “Boyukmillet.com”un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov martın 5-də müvafiq qərar imzalayıb. Qərar bu gündən qüvvəyə minib.
Read More »Ötən ay KTM-yə zəhərlənmə ilə bağlı 716 nəfər müraciət edib, 8-i ölüb
Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 716 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 118-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bilidirilib ki, qəbul olan xəstələrdən 55-i dərmandan, 14-ü sirkə turşusundan, 13-ü dəm qazından, 11-i etil spirtindən, 1-i göbələkdən zəhərlənib. Digərlərindən 10-u anaflaksiya səbəbindən, 7-si allergik reaksiyadan, …
Read More »Azərbaycanda daha 2 372 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 616 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 777 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 742 326 nəfər müalicə olunaraq sağalıb, 9 280 nəfər vəfat edib. 26 198 nəfər aktiv …
Read More »MM-in komitə sədri: “Qida təhlükəsizliyi haqqında” qanun layihəsilə bağlı ekspertlərin fikirlərində uyğunsuzluqlar var”
“Qida təhlükəsizliyi haqqında” qanunun qəbul olunması çox vacibdir. Hazırda qanunun üzərində iş gedir və yaxın vaxtlarda parlamentə təqdim ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bu gün keçirilən plenar iclasında deyib. “Qanun layihəsi ilə bağlı ekspertlərin fikirlərində müəyyən uyğunsuzluqlar var. Bu məsələ də yaxın vaxtlarda həllini tapacaq”, – o bildirib.
Read More »Şuşa və Cəbrayılda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır
Şuşa və Cəbrayılda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə digər obyektlərlə yanaşı səhiyyə sistemi infrastrukturunun tam dağılıb və ya yararsız vəziyyətə gətirildiyindən əhalinin tibbi yardımla təmin olunması üçün müvafiq infrastrukturun yaradılmasının mərhələli şəkildə aparılması nəzərdə tutulur: “Azərbaycanın işğaldan azad edilən şəhər və rayonlarında səhiyyə xidmətlərinin təşkili istiqamətində işlər aparılır. Əhaliyə …
Read More »COVID-19 sertifikatlarının etibarlılıq müddəti tələbi dəyişib
Bu gündən etibarən COVID-19 sertifikatlarının etibarlılıq müddəti koronavirusa qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra vaksin istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsiz olacaq. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, …
Read More »Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub
Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi Pərviz Hacıyev vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə onun özü bildirib. O, istəyi ilə vəzifəsindən ayrıldığını qeyd edib və bu addımı öz inkişafına və pasiyentlərinə daha çox vaxt ayırmaq üçün atdığını deyib. P.Hacıyev etimad göstərdiklərinə görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinə təşəkkür edib.
Read More »Nazir Türkiyənin “Türkovac” vaksininin Azərbaycanda tətbiqinə münasibət bildirib
“Türkiyə istehsalı olan “Türkovac” vaksininin Azərbaycanda üçüncü faza mərhələsində sınaqdan keçirilməsi ilə bağlı hazırda texniki baxımdan müzakirələr gedir”. Bunu “Report”un sorğusuna cavab olaraq səhiyyə naziri Teymur Musayev deyib. Onun sözlərinə görə, Türkiyədən İşçi Qrup gəlib və onlara protokollar təqdim olunub: “Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar