Cümə axşamı , 19 Fevral 2026

Sağlamlıq

Bu gündən vaksinasiya ilə bağlı “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır

Bu gündən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır. Boyukmillet.com-un xəbərinə görə, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək. Qeyd edək ki, Azərbaycanda yanvar ayının 18-dən vətəndaşların koronavirus infeksiyasına …

Read More »

Azərbaycanda koronavirusa 1 220 yeni yoluxma qeydə alınıb, 7 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 220 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 351 825 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 025 nəfər müalicə olunaraq sağalıb, 5 063 nəfər vəfat edib. 11 737 nəfər aktiv xəstə …

Read More »

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 nəfər vəfat edib. 6 654 nəfər aktiv xəstə …

Read More »

Koronavirusun yeni mutasiyası aşkar edilib

İngiltərənin İctimai Sağlamlığın Mühafizəsi İdarəsi (PHE) 16 nəfərdə koronavirusun yeni növünün aşkar edildiyini bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mirror” yazıb. Koronavirusun mutasiya olunmuş yeni variantı B.1.621 adlanır. Bildirilib ki, mutasiyanın virusun davranışına təsirini daha yaxşı anlamaq üçün idarənin həkimləri SARS-CoV-2-nin bu variantı üzərində laboratoriya testləri aparırlar. Həkimlər peyvəndin yeni varianta necə təsir edəcəyi barədə məlumatsızdırlar.

Read More »

TƏBİB rəsmisindən “Delta” variantı ilə bağlı açıqlama

Son vaxtlar bütün dünyada koronavirusun Hindistan, yaxud “Delta” variantı sürətlə yayılmağa davam edir. Bu da dünyada ciddi narahatlıq doğurur. Azərbaycanda epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Ötən gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin …

Read More »

Peyvəndə əks göstərişi olan şəxslərə tibbi arayış veriləcəkmi?

Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda qeyd olunub. Bildirilib ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcəkdir. Bundan başqa, xarici ölkələrin peyvənd …

Read More »

AQTA-nın sədr müavinindən leş əti açıqlaması: “Bu il 91 ton yararsız ət məhsulları məhv edilib”

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir, qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi sahəsində mövcud tələblərə əməl etməyən sahibkarkar barəsində qanunvericiliyə uyğun zəruri tədbirlər görülür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev leş əti satılması iddialarına münasibət bildirərkən “Azərbaycan” qəzetinə bildirib. “Agentlik fəaliyyətə başladığı gündən digər aidiyyəti qurumlar ilə birgə aparılan nəzarət …

Read More »

Azərbaycanda daha 133 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına daha 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, …

Read More »

Qazimizin 24 sm-lik sümük defekti bərpa olunub

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortopedləri II Qarabağ müharibəsi qazisinin baldırında yaranmış 24 sm-lik sümük defektini bərpa ediblər. Boyukmilet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov məlumat verib. Onun sözlərinə görə, bütün dünyada odlu silah yaralanmasından sonrakı geniş sümük defekti rekonstruktiv ortopediyanın aktual problemidir: “Adətən yumşaq toxuma defektləri (dəri, əzələ, vətər) və tez-tez rast gəlinən periferik sinir-damar …

Read More »

Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 336 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 nəfər vəfat edib, aktiv …

Read More »