Cümə axşamı , 1 May 2025

Sağlamlıq

AQTİ çatdırılma xidməti göstərən şəxslər üçün təlimlər keçirəcək

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaxın günlərdə çatdırılma xidməti göstərən əməkdaşlar üçün “qida təhlükəsizliyi tələbləri”nə dair təlimlər təşkil edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarlarla keçirilən görüşdə bildirilib. Tədbir qida məhsullarının daşınması və çatdırılması sahəsindəki vəziyyətin, o cümlədən mövcud çatışmazlıqların bir daha nəzərdən keçirilməsi, aşkarlanan nöqsanların aradan …

Read More »

Səhiyyə Nazirliyi COVID-19-un yeni ştamı ilə bağlı əhaliyə müraciət edib

“COVID-19-un Omikron ştamının yeni altnövü EG.5 əvvəlki digər altnövlərdən daha yüksək səviyyəli yoluxuculuğu ilə fərqlənir və bu virusun təbii təkamülündə bir mərhələdir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, yəni təkamül prosesində çoxsaylı mutasiyalar baş verir və yeni altnövlər əmələ gəlsə də, bunlardan yalnız ən sürətlisi daha çox yayılır: …

Read More »

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə qərarına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xidmətlər xərfində dəyişikliklər edilərək tibbi xidmətlərin sayı və çeşidi …

Read More »

Səhiyyə Nazirliyi yeni doğulan uşaqlarda nevroloji problemlərin əlamətlərini açıqlayıb

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova yeni doğulan uşaqlarda nevroloji problemlərin əlamətlərini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, o bildirib ki, mərkəzi sinir sisteminin zədələnməsi baş beynin və onurğa beyninin formalaşdığı bətndaxili inkişafdan başlayaraq uşağın inkişafının müxtəlif dövrlərində yarana bilər. Həkim deyib ki, doğulduqdan sonra uşaqlarda nevroloji xəstəliklərin əsas səbəbləri kimi kəskin və xroniki stres, infeksiya, travma, törəmələr və s. göstərmək …

Read More »

Zəlzələ ilə bağlı təcili tibbi yardıma 34 nəfər müraciət edib, 2-si xəstəxanaya yerləşdirilib

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub. Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub: “Müraciətlər əsasən arterial təzyiq, …

Read More »

Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb

Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, idxalatçı şirkət “AFM Construction” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Ptizefabrika Qorodok”” MMC-nin istehsalı olan 7610.07 kq dondurulmuş toyuq məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza …

Read More »

Həkimlərin fəaliyyəti ilə bağlı monitorinqlər keçiriləcək, uğur qazanmayanların əlavələri dayandırılacaq

“Həkim və tibb mütəxəssislərinin əmək fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinq komissiyasının yaradılması nəzərdə tutulub”. Boyukmillet.com xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumun açılış mərasimində deyib. Qurum rəsmisi qeyd edib ki, komissiya tərəfindən həkim mütəxəssislərə 6 ay ərzində monitorinq keçiriləcək: “Monitorinqdən müvəffəqiyyətlə keçən həkimlərə həvəsləndirici əlavələrin ödənilməsi 2024-cü ilədək uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərə əlavələrin …

Read More »

Xaricdə təhsil alaraq Azərbaycana qayıdıb dövlət xəstəxanalarında işləyən həkimlərin sayı açıqlanıb

“Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sayəsidə vətəndaşlar keyfiyyətli tibbi xidmətlərlə təmin olunurlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib. O qeyd edib ki, bu gün vətəndaşlarımız bahalı tibbi əməliyyatlardan ödənişsiz istifadə edirlər: “Bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması istiqamətində müvafiq …

Read More »

Prezident: “Qürurverici haldır ki, yüzlərlə həmvətənimiz dünyanın müxtəlif guşələrində ən mötəbər klinikalarda çalışır”

“Qürurverici haldır ki, Azərbaycan tibb təhsilinin və elminin yetirdiyi yüzlərlə həmvətənimiz dünyanın müxtəlif guşələrində ən mötəbər klinikalarda çalışır və yüksək peşəkarlıqları ilə seçilərək xalqımızı layiqincə təmsil edirlər. Onlar ölkəmizin hüdudlarından çox-çox uzaqlarda olsalar da, qəlbləri daim doğma Azərbaycanla döyünür. Qırx dörd günlük Vətən müharibəsi zamanı könüllü şəkildə ön cəbhəyə yollanan ağxalatlı qəhrəmanlarımızın simasında bu, bir daha təsdiqini tapdı”. Boyukmillet.com xəbər …

Read More »

Teymur Musayev: “Son illərdə Azərbaycanda vərəmlə xəstələnmə dinamikasında azalma müşahidə olunur”

Son illərdə Azərbaycanda vərəmlə xəstələnmə dinamikasında azalma müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, 2005-ci ildə vərəmlə xəstələnmə göstəricisi 100 min nəfər üçün 43,7 idisə, hazırda bu rəqəm 25,3-dək azalıb.

Read More »