Azərbaycandakı söyüş kompaniyası 5-ci kalonun illər boyu nəzarət etdiyi, “yemlədiyi” sosial şəbəkə və bəzi vətəndaş cəmiyyəti “qəhrəmanları” vasitəsilə həyata keçirilir. 44 günlük müharibədəki möhtəşəm qələbəmizi həzm edə bilməyən məlum qüvvələr, onların Azərbaycandakı agentura şəbəkəsi – 5-ci kalon nümayəndələri Qələbədən az sonra bu Qələbənin dəyərini aşağı salmaq üçün şərəfsiz taktiki xətt götürdülər. Əvvəl-əvvəl “biz niyə Xankəndiyə, Xocalıya girmədik?”, “Biz niyə İrəvana …
Read More »Azay Quliyev: “Qüvvəsini itirmiş heç bir təklif qəbul edilə bilməz” – VİDEO
Fevralın 25-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Ümumi Komitənin iclasında iştirak edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev post-münaqişə dövrünün əsas çağırışlarına dair bir neçə məsələnin iclas iştirakçılarının diqqətinə çatdırıb. Azay Quliyevin çıxışının mətnini təqdim edirik: “Qısa şəkildə bildirmək …
Read More »Samir Adıgözəlli: “Paşinyanın açıqlamasından sonra heç bir normal ölkə Rusiyadan həmin silahı alan deyil”
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olmayan ərazisinə “İsgəndər” raketi atdıqlarını etiraf edib. Bunu o, müsahibəsində söyləyib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “İsgəndər” raketindən 44 günlük döyüşlərin 3-4-cü günündə istifadə olunmamasına təəccüblənməsinə cavabında Nikol Paşinyan deyib: “Bu eyham mənə ünvanlanıb. Ancaq düşünürəm ki, iddiaçı cavabını bildiyindən belə suallar verməməlidir. Bəlkə o özü bu suala cavab versin: niyə atılan …
Read More »Hikmət Hacıyev: Türkiyənin hər zaman Azərbaycana yardım əli uzatdığını gördük
Türkiyə və Azərbaycan dost ölkələrdir. Biz hər zaman Türkiyənin qardaş Azərbaycana yardım əli uzatdığını gördük. Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 56 ölkənin üzv olduğu İslam Həmrəyliyi Gənclər Forumunun ‘’Special Edition Talks’’ proqramında deyib. H.Hacıyev bildirib ki, Türkiyə Azərbaycana dəstəyini davam etdirib, ədalətli və bərabər mövqe …
Read More »Samir Adıgözəlli: “Prezident tərəfindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin azad torpaqlara dəvət edilməsinin böyük tarixi əhəmiyyəti və mənası var”.
Samir Adıgözəlli: “…beynəlxalq səviyyədə silsilə tədbirlər keçirilməsinə şərait yaradır” “Ümid edirəm ki, pandemiyadan sonra mərkəzin növbəti tədbirində, həmçinin, mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir…”. Bunu Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini …
Read More »Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib
Türkiyə Respublikası xarici işlər naziri Mevlüt Çavuşoğlunun dəvəti və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan xarici işlər naziri Rəşid Meredovun (bundan sonra – “tərəflər”) iştirakı ilə 23 fevral 2021-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhərində xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən …
Read More »Naxçıvan nümayəndəliyinin rəhbəri Niderland Krallığının səfiri ilə görüşüb – FOTOLAR
Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Niderland Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Pauline Eizema ilə görüşüb. Görüşdə iki ölkə arasında, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı münasibətlər, bir müddət əvvəl Niderland parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz qərarlar, Vətən müharibəsindən sonra yaranmış reallıqlar, bir çox sahədə, xüsusilə, kənd təsərrüfatı …
Read More »Bu gün Azərbaycanın Baş naziri Ərdoğanla görüşəcək
Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. Boyukmillet.com xəbər verir ki, ziyarət Türkiyənin vitse-prezidenti Fuat Oktayın dəvəti ilə həyata keçirilir. Bu, Azərbaycanın hökumət başçısının xarici ölkələrə ilk rəsmi səfəridir. Ə.Əsədov F.Oktay, daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bundan başqa, F.Oktay və Ə.Əsədov Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasında iştirak edəcəklər. Onlar Xarici İqtisadi Əlaqələr Qurumunun təşəbbüsü …
Read More »Türkiyə xarici işlər nazirinin Azərbaycana səfər proqramı məlum olub
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri fevralın 18-dən 19-dək davam edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb. Səfər çərçivəsində M.Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşəcək. Prezident İlham Əliyev XİN başçısını qəbul edəcək. Həmçinin Gürcüstan baş nazirinin müavini – xarici işlər naziri David Zalkalianinin də iştirakı ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin doqquzuncu üçtərəfli görüşü …
Read More »İlham Əliyev İndoneziyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
