Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Bu gün Azərbaycanın Baş naziri Ərdoğanla görüşəcək

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Boyukmillet.com  xəbər verir ki, ziyarət Türkiyənin vitse-prezidenti Fuat Oktayın dəvəti ilə həyata keçirilir. Bu, Azərbaycanın hökumət başçısının xarici ölkələrə ilk rəsmi səfəridir.

Ə.Əsədov F.Oktay, daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bundan başqa, F.Oktay və Ə.Əsədov Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasında iştirak edəcəklər. Onlar Xarici İqtisadi Əlaqələr Qurumunun təşəbbüsü ilə təşkil ediləcək və iki ölkədən 150 özəl sektor nümayəndəsinin iştirak edəcəyi Türkiyə-Azərbaycan İş Forumunun ümumi iclasına da qatılacaqlar.

Forum zamanı iki ölkə arasında bir sıra müqavilələr imzalanacaq. İlkin məlumata görə, dövlət və özəl sektor sahələrindəki ticarət razılaşmalarının dəyəri 100 milyon ABŞ dollarından çox olacağı gözlənilir.

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …