Bazar ertəsi , 25 Noyabr 2024

Siyasət

“Rusiya və İran Ermənistanı əvvəlki kimi müdafiə etmir” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ

“Desələr ki, get hansısa işlə məşğul ol, vətəndaş kimi, əsgər kimi tapşırılan işlə məşğul olmalıyam” Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağ problemi, Tovuz istiqamətində baş verən qarşıdurmalar və xarici ölkələrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi təxribatları haqqında Modern.az-a danışıb. Sabiq nazirlə müsahibəni təqdim edirik: – Tofiq müəllim, Rusiya Ermənistanla birlikdə hərbi təlimlərə başlayır. Bəzən fikir səsləndirilir ki, Türkiyənin Azərbaycanla bağlı …

Read More »

Praqanın mərkəzi körpüsündən “Qarabağ Azərbaycandır!” posteri asılıb

Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış iri poster asılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Open.az-a verilən məlumata görə, aksiya Çexiyada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə gerçəkləşdirilib. Çex dilində yazılmış posteri Çexiyanın Prezident Sarayına, ölkənin Baş nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə yerləşdirilib. Məqsəd ölkənin dövlət xadimlərinin və yerli ictimaiyyətin diqqətini …

Read More »

Prezidentin köməkçisi Kanadanın hüquq-mühafizə orqanlarına müraciət etdi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kanadanın “CTV News” televiziya kanalına müsahibə verib. Boyukmillet.com xəbər verir ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Ermənistanın hərbi təcavüzündən əziyyət çəkdiyini bildirən H.Hacıyev ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal olunmuş ərazilərimizdə etnik təmizləmənin həyata keçirildiyini diqqətə çatdırıb. ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətinə toxunan H.Hacıyev münaqişənin …

Read More »

Prezident Aqrar Kredit və İnkişaf Agentliyinə 40 milyon manat ayırıb

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması …

Read More »

İSBAM Los-Angeles şəhərində baş vermiş hadisə ilə baqlı bəyanat verib

İyulun 21-də ABŞ-ın Los-Angeles şəhərində Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı oraya toplaşmış həmvətənlilərimizə qarşı ermənilər tərəfindən çoxsaylı hücumlar edilmişdir.Ermənilər Konsulluğun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlar səsləndirərək həmvətənlilərimizə qarşı provokativ addımlar atmışlar.Aksiya zamanı ermənilər Azərbaycanlılardan qat-qat çox olmaqlarına görə həmyerlilərimizə hücum edib və onların bir neçəsinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Azərbaycanlıların və konsulluğun təhlükəsizliyini …

Read More »

Prezident Kəmaləddin Heydərova irad tutdu: “Belə şeylərə son qoymaq lazımdır!”

İyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, müşavirədə ölkə başçısı su təsərrüfatında yaranmış mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib, bəzi məmurlara iradlarını bildirib. “Mənə göndərilən məktublarla bağlı. Mən bu məktubları Prezident Administrasiyasının şöbəsinə və Nazirlər Kabinetinə göndərirəm. Zeynal Nağdəliyev məlumat verin, məktublarda qaldırılmış məsələlərin araşdırılması və görülən tədbirlər nədən …

Read More »

ABŞ da Yaşayan Azərbaycanlıların İyulun 21-də Californiya ştatının Los-Angeles şəhərində baş vermiş hadisə ilə baqlı BƏYANATI

İyulun 21-də ABŞ-ın Los-Angeles şəhərində Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı oraya toplaşmış həmvətənlilərimizə qarşı ermənilər tərəfindən çoxsaylı hücumlar edilmişdir. Ermənilər Konsulluğun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlar səsləndirərək həmvətənlilərimizə qarşı provokativ addımlar atmışlar. Aksiya zamanı ermənilər Azərbaycanlılardan qat-qat çox olmaqlarına görə həmyerlilərimizə hücum edib və onların bir neçəsinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Azərbaycanlıların və …

Read More »

Rəsmi Bakı: “Ermənistan ordusu Azərbaycanı Serbiya mərmiləri ilə atəşə tuturdu”

Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik. Boyukmillet.com  xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.Nazir müavini bildirib ki, Serbiya tərəfi məsələnin ciddiyyətini anlayır: “Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman …

Read More »

Nazir müavini: “ABŞ polisi ermənilərin hücumu zamanı Baş Konsulluğu və azərbaycanlıları qoruya bilməyib”

“Ermənistan hərbi meydanda məğlub olandan sonra Vaşinqtonda, Torontoda, Stokholmda, Los Ancelesdə, Brüsseldə və digər şəhərlərdə soydaşlarımıza qarşı təxribatlar törədilir”. Bunu bu gün mətbuat konfransında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, Ermənistan danışıqlar prosesində bankrot siyasət sahibi olduqdan sonra dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün bu cür iyrənc addımlar atmağa başlayıb: “Bu qarşıdurmalarda Azərbaycan tərəfdən vətənpərvər insanlar iştirak …

Read More »

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 47 dəfə pozub. Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Şıxlar, Novruzlu, …

Read More »