Cümə , 17 Aprel 2026
Drone Cameras

DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub FOTO

Xəbər verdiyimiz kimi, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev 13 may 2020-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib. 

Boyukmillet.com verdiyi xəbərə görə, general-leytenant Əfqan Nağıyev bu ilin fevral ayından DSX Sahil Mühafizəsi xidməti rəisi vəzifəsindən azad olunduqdan sonra, onun yerinə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Elşən Verdiyev təyin olunub. Xudat sərhəd dəstəsinin rəisi Aqil Babayev vəzifəsindən azad olunaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib. 

DSX-nin mətbuat katibi Rövşən Cahangirov “MediaPost”un sorğusuna cavab olaraq təyinatları təsdiqləyib.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi saytı

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …