Cümə , 5 Dekabr 2025

Siyasət

Kəlbəcərin yeni icra başçısı…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azər Bəhlul oğlu Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Boyukmillet.com-un məlumatına görə, Azər Bəhlul oğlu Qocayev 1985-ci il sentyabrın 7-də Sumqayıt şəhərinədə anadan olub. 1992-2003 illərdə Sumqayıt 31 saylı orta məktəbdə orta təhsil alıb.Elə həmin ildə də Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsinə daxil olub. 2007-ci ildə həmin Universiteti bitirərək həqiqi …

Read More »

Elçin Quliyev generalı özünə müşavir təyin etdi

Xəbər verdiyimiz kimi, bu ilin fevral ayında Dövlət Sərhəd Xidməti rəisinin müavini – general-leytenant Əsgər Xəlilov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvə¬lərdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb. Boyukmillet.com-nun Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev istefaya göndərilən general-leytenant Əsgər Xəlilovu özünə müşavir təyin edib.

Read More »

Qərbi Azərbaycan Respublikası” ətrafında mübahisələr qızışdı

Türkiyədə mühacir hökumətin yaradılması Azərbaycanda birmənalı qarşılanmadı; Qərbi Azərbaycan İcması bəyanat yaydı; Aqil Abbasla Qafar Çaxmaqlı arasında “söz dueli” sülhlə bitdi; Qabil Hüseynli: “Dəstəkləyirəm, amma…” Mayın 10-da Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edilib. Qərbi Azərbaycan (İrəvan) Respublikası ilə bağlı təşəbbüs qrupunun sədrliyinə Türkiyənin Kayseri Universitetinin professoru, tanınmış ermənişünas-alim Qafar Çaxmaqlı seçilib. Təşəbbüs qrupunun məram-məqsədləri birmənalı qarşılanmayıb. Qərbi Azərbaycan (İrəvan) …

Read More »

Qərbi Azərbaycan Hökumətinin məhz indi elan edilməsinə şübhəli yanaşıram” – Əziz Ələkbərli

Bir neçə gün əvvəl bir qrup Qərbi Azərbaycan ziyalısı tərəfindən mühacirətdə Qərbi Azərbaycan hökumətinin elan edilməsi böyük əks-səda doğurmaqla yanaşı, müəyyən müzakirələrə də zəmin yaradıb.Təşəbbüs cəmiyyətdə demək olar ki, böyük əksəriyyət tərəfindən dəstəklənir və alqışla qarşılanır. Lakin etiraz edənlər də yox deyil.  Mühacir hökumətin yaradılmasına qarşı çıxanlardan biri Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlidir. …

Read More »

Azay Quliyev ATƏT PA-da çağırış etdi: “Dilqəmlə Şahbaz girovluqdan azad olunmalıdır”

ATƏT Parlament Assambleyası “COVID-19-un ATƏT regionundakı münaqişələrə təsiri” mövzusunda vebseminar keçirib.Boyukmillet.com xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxış edərək səfir Tuula Yrjölanı ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.Azay Quliyev çıxışında bir sıra vacib məqamlara toxunub. ATƏT PA-nın vitse-prezidenti ilk olaraq BMT-nin Baş katibi Antonio Quterreşin qlobal …

Read More »

İcra başçısı haqda ŞOK İDDİA: dağı satın aldı – FOTO

Paytaxtın Sabunçu rayon icra başçısı Adil Vəliyev Bakıxanov qəsəbəsində yerləşən “Razin dağı”nın qabağını da satıb…Mağaranın ərazisi bir sahibkara verilib və yerində obyekt tikilir.Bildirilir ki, A.Vəliyev Sabunçu rayonunda boş torpaq qoymur. İcra başçısı gözəgəlimli yerləri peşkəş edib.Tarixi məlumatlara görə, “Razinin xəzinəsi” bu dağdakı mağaradadır. Rəvayətə görə, mağaraya gələn kazak quldur Stepan Razinin taladığı sərvəti və əsirləri, həm də Salyan xanının qızını …

Read More »

Əhəd Abıyev özünü belə yığışdırır…

Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdiyi əməliyyatlardan sonra bir çox məmurlar kimi, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev də əl-ayağa düşüb, öz hərəkətlərinə əl gəzdirməyə başlayıb.  Azinforum.az xəbər verir ki, Daşkəsən rayon sakinlərinin verdiyi məlumata görə, icra başçısı Əhəd Abıyev son günlər bahalı avtomobildən istifadə etmir. Sakinlər deyir ki, icra başçısı özünə Naxçıvan istehsalı olan …

Read More »

DSX-nin tutulan generalına bu maddələrlə cinayət işi açıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərlə bağlı istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. DSX rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev şübhəli şəxs qismində cinayət …

Read More »

“Manaflının partiyaya aidiyyəti yoxdur” – Sabir Rüstəmxanlı

Rafiq Manaflının LGBT ilə bağlı ifadələrindən məlumatsızam. Nə onlara hücumlardan, nə də hücum edənlərin mövqelərindən məlumatım yoxdur. Sosial şəbəkələrdə bununla bağlı açılan müzakirələr barədə də indi eşidirəm. Bu sözləri  açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirib. Qeyd edək ki, VHP-nin funksioneri və müxalif Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Eldəniz Quliyevin jurnalist İsmayıl Cəlilov haqqında səsləndirdiyi …

Read More »

İcra məmurlarımızın 20 ildən çox müddətdə xaricə çıxardıqları qanunsuz yığımlar…

Samirə Sədiyarlı: “Ölkəmizdə bu işi aparan istintaq orqanı müvafiq sənədləri həmin ölkənin əlaqədar qurumlarına təqdim edib, əmlaka və bank hesablarına həbs qoyulmasını tələb etməlidir” Bəzi dövlət qurumları və icra hakimiyyətlərində reallaşan həbslər göstərdi ki, yüksək səlahiyyət verilmiş şəxslər dövlətə qulluq etmək əvəzinə şıdırğı pul yığımı həyata keçiriblər. Həmin prosesdə iştirak edənlərin tərcümeyi-halından məlum olur ki, əksəriyyəti uzun müddətdir vəzifədə işləyənlərdir. …

Read More »