Cümə , 17 Aprel 2026
Drone Cameras

Əhəd Abıyev özünü belə yığışdırır…

Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdiyi əməliyyatlardan sonra bir çox məmurlar kimi, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev də əl-ayağa düşüb, öz hərəkətlərinə əl gəzdirməyə başlayıb. 

Azinforum.az xəbər verir ki, Daşkəsən rayon sakinlərinin verdiyi məlumata görə, icra başçısı Əhəd Abıyev son günlər bahalı avtomobildən istifadə etmir.

Sakinlər deyir ki, icra başçısı özünə Naxçıvan istehsalı olan “NAZ Lifan” avtomobili alıb və rayon ərazisində həmin avtomobildə gəzməyə üstünlük verir.

Rayon sakinlərinin sözlərinə, buna qədər isə Əhəd Abıyev “Lexus LX 570” model bahalı avtomobildən istifadə edib:

Qeyd edək ki, hazırda Azərbaycanda “Lexus LX” model avtomobillərin bazar qiyməti 190 min ABŞ dolları təşkil edir.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …