Cümə , 5 Dekabr 2025

Siyasət

Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb – FƏRMAN

Prezident İlham Əliyev martın 19-da Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Boyukmillet.com -un məlumatına görə, Fərmanda deyilir: “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma …

Read More »

İlham Əliyev: “Xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin”

“Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına …

Read More »

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, dövlət başçısı televiziya ilə yayılan təbrikində deyib: – Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir. Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, …

Read More »

Prezidentin yeni hədəfləri – Azərbaycanın növbəti inkişaf kursu

Müstəqillik və tərəqqi yolu ilə irəli Son aylarda Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzu – Milli Məclisə VI çağırış növbədənkənar seçkilərin keçirilməsi söhbətləri artıq arxada qalmışdır. Buna birinci səbəb Azərbaycan Respublikasının müstəqillik tarixində ən çox namizədin iştirak etdiyi deputat seçkilərinin uğurla başa çatmasıdır. Azərbaycan beynəlxalq ictimaiyyətin gözü qarşısında ölkəmizdə çoxpartiyalı əsaslarla azad və demokratik seçkilərin keçirilməsinə nail olmuşdur. Azərbaycan …

Read More »

Milli Məclisin iclasları dayandırıldı

Milli Məclisin plenar iclasları dayandırılıb. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA -ya bildirib ki, qanun layihələri prosedura uyğun olaraq əvvəl Milli Məclisin komitələrində müzakirə olunur: “Müzakirə olunduqdan sonra qərar qəbul olunur və layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilir, sonra isə iclasda müzakirəyə çıxarılır. Əgər komitələr hələlik qanun layihələrinin müzakirəsi məsələsini dayandırıbsa, Milli Məclisin plenar iclasının da nə vaxt keçiriləcəyi …

Read More »

Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir. Boyukmillet.com-un məlumatına görə barədə Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib. Bu məqsədlə martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların …

Read More »

Hakimiyyətin səbrini daşırdan məmurlar: Onlar niyə nəticə çıxarmır?

İcra başçılarının həbsinin əsas səbəblərindən biri Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan ödənişli ictimai işlərlə bağlıdır.  Boyukmillet.com melumatına görə Yenisabah.az-a daxil olan məlumatda iddia edilir ki, işsiz qalan vətəndaşları işlə təmin etmək üçün nəzərdə tutulan bu sosial proqramın icrası zamanı yerli rəhbərlərin şəxsi maraqlarını önə çəkməsi hakimiyyətin zirvəsində səbr kasasının daşmasına səbəb olub. Araşdırmalar zamanı bəlli olub ki, icra başçıları …

Read More »

Koronavirus Azərbaycandakı səfirliklərin fəaliyyətinə də təsir etdi

Koronavirus pandemiyası (COVID-19) xarici ölkələrin Azərbaycandakı səfirliklərinin də fəaliyyətinə təsirsiz ötüşməyib. Türkiyə səfirliyindən APA -ya bildirilib ki, səfirlikdə koronavirus təhlükəsi ilə əlaqədar sanitar-epidemioloji qaydalara ciddi şəkildə əməl olunmaqdadır. “Mütəxəssislərin, elm adamlarının məsləhətlərini diqqətdə saxlayırıq. Keçirilməsi planlaşdırılan tədbirlərimiz təxirə salınıb”, – səfirlikdən bildirilib. İsrailin Azərbaycandakı səfirliyindən isə deyiblər ki, səfirlik müntəzəm şəkildə işinə davam edir: “Biz Azərbaycan hökumətinin tövsiyələrini izləyərək izdihamlı tədbirlər və …

Read More »

Qənirə Paşayeva Milli Məclis sədrindən əlavə vaxt istədi

Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanı reqlamentə əməl etməyini xahiş edib. Boyukmillet.com xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış üçün reqlament 3 dəqiqə müəyyənləşdirilib. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışı zamanı bu müddəti ötüb və spikerdən xahiş edib ki, ona nitqini bitirmək üçün vaxt versin. Spiker komitə sədrinin nitqini yükunlaşdırmağı üçün ona vaxt …

Read More »

Milli Məclisin plenar iclası başladı

Milli Məclisin növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 4 məsələ daxil edilib. Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək. *** 10:00 Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Boyukmillet.com xəbər …

Read More »