Cümə , 5 Dekabr 2025

Siyasət

Ərdoğan bir günlük Bakıya gəlir – Bu səbəbdən…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezindent Adminstrasiyasından xəbər veriblər. Məlumata görə, Ərdoğan fevralın 25-də Azərbaycana birgünlük səfər edəcək. Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.

Read More »

YAP-da könüllülərin toplantısı keçirilib

Yeni Azərbaycan Partiyasında (YAP) YAP könüllülərinin toplantısı keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvləri, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları, komitə üzvləri, partiyanın rayon təşkilatlarının gənclər birliyinin sədrləri və gənc könüllülər iştirak ediblər. Tədbirdə çıxış gənclər birliyinin sədrləri Azərbaycanda könüllülərin ictimai-siyasi həyatda rolundan danışıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən …

Read More »

İşçi qrupun rəhbəri: “Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək”

“Azərbaycanla İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər bütün sahələrdə inkişaf edir. İqtisadi sahədə də hər iki ölkə dünyada bir nömrəli tərəfdaşdır”. Bunu açıqlamasında Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Azər Kərimli deyib. İşçi qrupun rəhbəri bildirib ki, son illər Azərbaycanla İtaliya arasındakı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarına çatıb: “Bu əlaqələr bu gün də …

Read More »

Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq

Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün növbəti addım atıb. Boyukmillet.com xəbər verir ki, iki ölkə arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalanıb.  “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər. Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri …

Read More »

Prezident: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

“Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır. Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma imperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma imperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir. İtalyan səyyahı Marko Polo öz əsərlərində …

Read More »

Prezident: “İtaliya Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır”

“Xəzər dənizi və Aralıq dənizi arasında Azərbaycanın körpü rolunu oynaması digər tərəfdən də bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasına güclü təsir edir. Belə ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək ki, bu da Avropa İttifaqı enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir. Bu siyasəti xarakterizə edən seçimləri hər zaman dəstəkləyən İtaliya Brüssel …

Read More »

Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən çıxartdı

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Elvin Abbasov DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi vəzifəsinə təyin edilib. E.Abbasov bundan əvvəl baş əməliyyat müvəkkili işləyib. Nazirin digər əmri ilə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi Zəfər Abıyev vəzifəsindən azad edilib. …

Read More »

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTOLAR

Boyukmillet.com  xəbər verir ki, fevralın 20-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.

Read More »

Paşinyan Gürcüstanı “böyük Ermənistan” hesab edir

2020 – ci il fevralın 15 – də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağla bağlı panel müzakirələrin aparılması zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın tarixi ümumiyyətlə bilmədiyi, siyasi savadsızlığı üzə çıxdı, nəticədə isə o, açıq – aşkar biabır oldu.  Konfransdakı panel müzakirələri zamanı Paşinyan həyasızcasına bildirib  ki, guya Qafqazda yalnız ermənilər və …

Read More »

Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi

Rusiya Federasiyası Hökumətinin sərəncamı ilə Başqırdıstan Respublikasının Xarici İqtisadi Əlaqələr Dövlət Komitəsinin rəhbəri Ruslan Mirsayapov Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi vəzifəsinə təyin edilib. Bu barədə Boyukmillet.com Komitənin Mətbuat xidmətinə istinadən xəbər verir. Xatırladaq ki, R.Mirsayapov Rusiya prezidentinin himayəsi altında olan idarəetmə kadrları ehtiyatına daxildir.

Read More »