Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyev Xarkov vilayətinə, “Dostluq” Xarkov Regional Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinə, “Aynur Xatun” Xarkov Azərbaycanlı Qadınlar Assosiasiyasına, Beynəlxalq İslam İncəsənəti və Mədəniyyəti Mərkəzinin Koordinasiya Şurasına və Xarkov şəhərinə işgüzar səfəri çərçivəsində “Ukrayna Azərbaycanlıları” Regional Təşkilatı Konqresin nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə həmçinin səfirliyin müşaviri Sabir Rzayev, səfirliyin birinci katibi Namiq Niftullayev, Azərbaycan Respublikasının Xarkovdakı …
Read More »SOCAR-ın 5 vitse-prezidenti vəzifələrindən azad edildi – Sərəncam
Prezident İlham Əliyev SOCAR-ın vitse-prezidentləri ilə bağlı Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrindən azad ediliblər.
Read More »İlham Əliyev SOCAR-a yeni vitse-prezidentlər təyin etdi
Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə İsmayıl Fikrət oğlu Zərgərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub. Həmçinin daha bir sərəncamla Ziba Tacəddin qızı Mustafayeva Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Read More »Mən Əliyev kimi lider istəyirəm – Erməni jurnalist
Mən azərbaycanlıların yerində olmaq istəyirəm. İstəyirəm ki, ölkəmin rəhbəri əlini masaya qoyub “bizimdir” desin! Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” nəşrində Zara Marqaryan adlı müəllif yazıb. O bildirib ki, danışıqları Bayramov kimi təcrübəsi olan “hiyləgər”in aparmasını istəyir: “İstəyirəm ki, mənim hökumətimin beynəlxalq məhkəmələrdəki nümayəndələri mövcud faktları gizlətməsinlər, olmayanları uydursunlar və bütün qonşu dövlətləri tarixi vətən adlandırsınlar. İstəyirəm ki, saxta SNOC-da …
Read More »Dövlət Departamenti : Qubad İbadoğlunun həbsini “yaxından İzləyirik”
ABŞ bazar ertəsi Azərbaycanda müxalifət partiyasının sədri Qubad İbadoğlunun həbsini yaxından izlədiyini bildirib. Bu barədə TURANın Vaşinqton müxbiri xəbər verir. “Biz Qubad İbadoğlunun həbsini yaxından izləyirik… Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır”, – Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində TURANın suallarını cavablandırarkən deyib. “Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun Azərbaycanın …
Read More »Prezident bu şəxsi “general” rütbəsindən məhrum etdi
Azərbaycan Prezidenti İlham Əliyev Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com sərəncamın mətnini təqdim edir: 1. Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilsin. 2. Aşağıdakı şəxslər …
Read More »Prezident Xələf Xələfovu vəzifəsindən azad etdi
Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə o, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Read More »Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
İyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona Özbəkistanın inkişafı naminə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətlərinin sürətli inkişafından məmnunluq ifadə edilib, yüksək …
Read More »Gürcüstan mətbuatı Prezident İlham Əliyevin Şuşada Qlobal Media Forumundakı çıxışından yazıb
Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb. Geniş oxucu kütləsinə malik newsday.ge portalında rus, ingilis …
Read More »İlham Əliyev Şuşaya getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidənqurulması ilə bağlı görüləcək işlərlə tanış olub, Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
