Bazar , 28 Aprel 2024

Siyasət

Fatma Yıldırım: Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü ilin 15 iyun tarixi gün olmaqla yanaşı, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata …

Read More »

AZƏRBAYCAN XALQI 15 İYUN QURTULUŞ GÜNÜNÜ HƏR İL BÖYÜK FƏXR VƏ QÜRURLA QEYD EDİR

1993-cü il iyunun 15-i o qədər də uzaq olmayan bir tarixdir və bir çoxumuz həmin tarixi günlərin canlı şahidləri və iştirakçılarıyıq. Həmin vaxt Azərbaycan öz tarixinin ağır və ağrılı günlərini yaşayırdı. Bir tərəfdə Ermənistan ordusunun ərazilərimizin işğalını davam etdirməsi, digər tərəfdə daxildə separatçı qüvvələrin baş qaldırması, üstəgəl hakimiyyətdaxili qarşıdurmalar – bütün bunlar Azərbaycan dövlətini və dövlətçiliyini uçurumun qarşısına qədər gətirmişdi. …

Read More »

VHP-dən Rusiyaya etiraz: suverenliyimizin əleyhinə istənilən addımın qarşısı alınacaq

Uzun illər Azərbaycan torpaqlarının işğal altında qalmasında birbaşa iştirakçı olan Rusiya yenidən separatçı ermənipərəst mövqeyini ortaya qoyub. Bu dəfə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İrəvanda Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikir səsləndirib. Sonradan Rusiya XİN  fikirlərə düzəliş etsə də Lavrov kimi peşəkar diplomatın məlum fikirləri təsadüfi, yanlışlıqla  …

Read More »

Samir Adıgözəlli: 44 günlük müharibədən sonra onlar Paşinyanı qəbul etmir

Ermənistanın diasporla iş üzrə ali komissarı Zareh Sinanyanın Los-Ancelesdə erməni icması ilə görüşü alınmayıb. Sinanyanı “vətən xaini” adlandıran erməni icması onu ABŞ-da etirazla qarşılayıb. İnternetdə yayılan görüntülərdən məlum olur ki, Sinanyan iclasın keçiriləcəyi zala daxil olan zaman iştirakçılar onu fitə basaraq, “Zareh, satqın” və bu kimi şüarlarla qarşılayıblar. Tədbirin təşkilatçısı erməniləri sakitləşdirməyə çalışsa da, xaotik durumun qarşısını almaq mümkün olmayıb. …

Read More »

Rusiyanın təcavüzü: regional xaosdan qlobal fəlakətə doğru

Rusiyanın Ukraynaya xain təcavüzü onsuz da təlatümlü olan qlobal təhlükəsizlik sistemini ciddi şəkildə sarsıdıb. İndi ekspertlər dünya geosiyasətinin halını qeyri-müəyyənlik və risklərin yüksək səviyyədə olduğu “superturbulent vəziyyət” adlandırırlar. Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Qərb ölkələri kollektiv şəkildə 21-ci əsrdə beynəlxalq hüquqa və fundamental bəşəri dəyərlərə məhəl qoyulmamasına birmənalı reaksiya və qiymət veriblər. Hətta Kremlin Belarusdan başqa Rusiya və Putinin ümid …

Read More »

Adıgözəl Məmmədov: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, tariximizlə bağlı yeni tədqiqatlara təkan verdi”

2018-ci ilin oktyabrın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açıldı.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak etdi.Sərgi Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilmişdi.Sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olundu.Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim …

Read More »

Pakistanın AVAZ televiziyasının aparıcısı Samir Adıgözəlli ilə görüşüb – FOTO

Pakistanın nüfuzlu AVAZ televiziyasının aparıcısı, siyasi şərhçi Əli Tahir İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) ofisində adıçəkilən qurumun rəhbəri, eyni zamanda, “Böyükmillət.com” media portalının Baş redaktoru Samir Adıgözəlli ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, İSBAM-ın mərkəzi ofisini ziyarət edən pakistanlı qonaqla Samir Adıgözəli arasında Azərbaycan- Pakistan münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. S.Adıgözəlli 44 günlük Qarabağ savaşında Pakistan dövləti və xalqının bir nəfər …

Read More »

Qazilərimizin zəhməti, 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri xidmət, qəhrəmanlıqlar hər birimizin qəlbindədir

Samir Adıgözəlli: “Bu cür görüntülərə təkcə biz yox, Ermənistan da, xaricdə oturub dövlət əleyhinə danışanlar da baxır” Azərbaycanda son günlərdə Vətən müharibəsi qaziləri və sosial müdafiə strukturları arasında  baş verən hadisələr ağrı və narahatlıq doğurur. Burada qazilərin və veteranların sosial, sağlıq, hüquqi və sair məsələlərinin həlli üzrə müəyyən nizamsızlıq və sistemsizlik hiss olunur. Ölkədə müharibə ilə əlaqəli böyük bir toplum …

Read More »

Ölkəmiz Özbəkistanda Türk Dövlətləri IV Gənc Liderlərin Forumunda təmsil olunur

Azərbaycan nümayəndə heyəti Özbəkistanda Türk Dövlətləri IV Gənc Liderlərin Forumunda iştirak edir. Bu barədə Turkustan.az-aTürk Dövlətləri Təşkilatının Gənclər Platformasının üzvü olan “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib. “Bu gün Daşkənddə bir sıra görüşlər keçirdik. Sabahdan etibarən isə Forum qədim Buxara şəhərində öz işinə başlayacaq. Azərbaycanın Türkiyə ilə münasibətlərinin son illərdə inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi …

Read More »

Əziz Ələkbərli: “Qaçqınlardan yığılmış Ermənistan pasportları bizim üçün ən tutarlı sənəd olacaq”

Milli Məclisin iclasında “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olundu. İclasda çıxış edən deputat Əziz Ələkbərli çox mühüm məsələlərdən bəhs etdi: “Milli arxiv fondu haqqında” Qanun layihəsi Mədəniyyət Komitəsində müzakirə olunan zaman mən Milli Arxiv İdarəsinin hörmətli sədri Əsgər müəllimdən soruşdum ki, niyə Milli Arxiv İdarəsində 1988-1991-ci illərdə soydaşlarımızın …

Read More »