Çərşənbə , 1 May 2024

Siyasət

Mediasiya Şurası və AQC əməkdaşlıq barədə razılığa gəldilər

Mediasiya Şurasının rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş keçirilib Mediasiya Şurasında qonaq olan AQC sədri Vüqar Orucu, sədr müavinləri Ramil Osmanlı və Fərid Rüstəmovu, Hüquq və qiymətləndirmə standartları departamentinin rəhbəri Şükür Hüseynovu salamlayan şuranın sədri Nadir Adilov bildirib ki, ölkə mediatorları və qiymətləndiriciləri arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi ehtiyac var. O qeyd edib ki, 2019-cu il tarixdə “Mediasiya …

Read More »

QHT sədri: Senatın qətnaməsi ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın öz statusuna xəyanətidir

Dünən Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsi qəbul olunub. Bu qətnamə ötən illər ərzində Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə nail olmağı “hədəfləyən” ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın öz statusuna xəyanətidir.Boyukmillet.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə söyləyib.O qeyd edib ki, bu statusla Fransa ötən 23 illik müddət ərzində dünya ictimaiyyətini …

Read More »

Sabir Rüstəmxanlı: “İran bütün diplomatik etiketlərin hamısını ayaqlayıb, keçib, heç birini nəzərə almır”

“Azərbaycan səfiri Azərbaycanın mövqeyini müdafiə edir. Nə deyilsə, qarşısına hansı arqumentlər qoyulsa, hansı narazılıqlar bildirilsə, Azərbaycan səfiri də buna adekvat cavab verəcək, bizim mövqeyimizi bildirəcək. Ona görə də elə bir narahatlıq yoxdur. Əksinə, hətta görüşlər daha tez-tez olmalıdır. Güman edirəm, bu, yaxın vaxtlarda olacaq. İranın müəyyən rəsmiləri Azərbaycana səfər edəcəklər, Azərbaycandan da ora gedənlər olacaq. Bu məsələ televiziya, mətbuat dialoqlarından …

Read More »

Azər Xudiyev: “İran III Dünya müharibəsinin başlaması üçün risk mənbəyidir”

Hazırda Cənubi Qafqazda geosiyasi turbulentliyin mənbəyi İrandır. Rəsmi Tehran regionda müsbət geosiyasi tendensiyaları məhv etməyə yönəlmiş səyləri ideoloji, diplomatik və maliyyə cəhətdən dəstəkləyir. Bunu konkret faktlar da təsdiq edir. İran bu dövr üçün əsasən üç istiqamətdə fəaliyyət göstərir ki, bu da Yaxın Şərq, Şərqi Avropa və Cənubi Qafqaz məkanının geosiyasi arxitekturasına tektonik təsir göstərir. İlk baxışdan bu, bir az qəribə görünə bilər. …

Read More »

Xomeyni İrana Fransadan gəldi və erməniləri müdafiə etdi – Əziz Ələkbərlidən mühüm tarixi açıqlama

Azərbaycan-Ermənistan sərhədlərini özünün qırmızı xətti hesab edən İranın molla rejimi Azərbaycana qarşı münasibətdə son zamanlar bütün qırmızı xətləri keçib. Əslində, İranın molla rejimi Azərbaycana və azərbaycanlılara qarşı həmişə düşmən münasibətdə olub. Bunu onun elə İrandakı 40 milyondan çox azərbaycanlıya qarşı münasibətində də aydın görmək olar. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən bu qədər azərbaycanlının etnik-mədəni hüquqlarını şovinistcəsinə tapdalamaq, danmaq faşizmdən …

Read More »

Zəfərlə başlayan Sabahımız – Sabir Rüstəmxanlıdan bayram təbriki

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Zəfər günü ilə bağlı xalqa təbrik ünvanlayıb. Təbrik mətnini diqqətinizə çatdırırıq: “Qırx dörd gün ərzində ordu ilə yanaşı, iki ideoloji sistem üz-üzə gəldi. Bir tərəfdə dünyanın xəritəsini dəyişmək istəyən yeni faşizm, digər tərəfdə isə öz halal torpağını qorumaq istəyən təklənmiş, hüquqları dünya miqyasında gözardı edilən, lakin ədalətli və sülhsevər bir millət! Azərbaycan …

Read More »

Samir Adıgözəlli: Hesablama Palatası Diaspor Komitəsində araşdırmalar aparsa Mədəniyyət Nazirliyindən də vahiməli məsələlərlə qarşılaşar

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin və nazirliyin bir neçə yüksək çinli məmurunun DTX-nın keçirdiyi əməliyyat nəticədə saxlanılması və istintaqa təhvil verilməsi hadisəsinin ardınca bu qurumla bağlı mediada başqa bir xəbər yayıldı.   Mətbuatda yayılan məlumatlara görə, Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparıb. İddialara görə, Palata mədəniyyət naziri Anar Kərimovun dövrünü təftiş edib. Hesablama Palatasının apardığı yoxlamanın nəticəsində nazirlikdə külli miqdarda …

Read More »

“Güney Azərbaycan şəhərlərinin hər küçəsində İlham Əliyevin portretləri asılıb” – DAK rəsmisi

“İranla sərhədə yaxın ərazidə başlanan hərbi təlimlər Güney Azərbaycanda böyük şövqlə qarşılanıb”. Bu fikirləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) ölkənin cənub sərhədlərində dünən başladıqları hərbi təlimlərin güneydə doğurduğu reaksiyadan bəhs edən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan XTQ-nin keçirdiyi təlimlər Güney Azərbaycanda böyük coşqu yaradıb: “Maraqlıdır ki, Azərbaycan xüsusi təyinatlılarının başladığı təlimlərə …

Read More »

DAK İH-nin genişləndirilmiş iclası keçirilib

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin və Bakı təmsilçiliyinin üzvlərinin iştirakı ilə genişləndirilmiş yığıncaq keçirilib. Boyukmillet.com xəbər verir ki, bu haqda məlumatı DAK İcra Aparatının rəhbəri Samir Adıgözəlli verib. DAK həmsədri, millət vəkili Sabir Bəy Rüstəmxanlı öz nitqində bölgədəki geopolitik durumdan və DAK qarşısında duran vəzifələrdən bəhs etmişdir. DAK-ın İdarə Heyətinin üzvü, konqresin Güney Azərbaycan təmsilçisi Babək Muğanlı, …

Read More »

İranın ikiüzlü və Bakıya qarşı siyasəti… – DAK

Dünya Azərbaycanlıları Konqresi İranda baş verən kütləvi aksiyalarla bağlı bəyanat yayıb. DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın imzası ilə Axar.az-a daxil olan bəyanatda bildirilir: Bir aydan artıqdır ki, İranın bütün bölgə və şəhərlərini kütləvi etiraz aksiyaları bürümüşdür. Bu aksiyalar İran cəmiyyətinin dərin sosial-siyasi, mədəni və etnik-milli böhranlar keçirdiyini bir daha dünyaya göstərmiş oldu. İnsan dəyərlərinin ən ali məqam sayıldığı, sosial, …

Read More »