Çərşənbə axşamı , 21 May 2024

Siyasət

İSBAM dəvət etdi, “ASİMDER” təşkilatının rəsmiləri Azərbaycana gəldi – Qərbi Azərbaycan İcması ilə protokol imzalanıb (FOTOLAR)

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəvəti ilə Türkiyədə fəaliyyət göstərən ASİMDER təşkilatının nümayəndə heyəti ölkəmizə səfər edib. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində qonaqların iştirakı ilə Bakı, Bərdə və Tərtərdə bir sıra görüşlər keçirilib. Bundan başqa, qonaqlar Qərbi Azərbaycan İcmasında olub, burada icma rəhbəri, millət vəkili Əziz Ələkbərli ilə görüşüblər. Görüşdə icmanın sədri, millət vəkili Əziz Ələkbərli fəaliyyətləri haqqında qonaqlara geniş …

Read More »

İSBAM və Türkiyəli qonaqlar Şəhidlər Xiyabanını ziyarət etdi

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri və Dünya Azərbaycanlıları Konqresi (DAK) İcra Aparatının rəhbəri Samir Adigozelli və İSBAM-ın dəvəti ilə Türkiyədən gəlmiş nümayəndə heyətinin üzvüləri ilə birgə 20 yanvar faciəsinin 33-cü il dönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Şəhidlər Xiyabanı Türkiyədən dəvət olunmuş qonaqlar Asimder Doğu və Güney Doğu Anadolu Bölgə sədri İrfan …

Read More »

Ukraynada Ümummilli Lider Heydər Əliyev haqqında kitab nəşr olunub

Ukraynada müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə dair “Millətin atası” (Отец нации) adlı kitab nəşr olunub. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, kitabın müəllifi “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Ali Təhsil Elmlər Akademiyasının akademiki Arif Quliyevdir. Rus dilində dərc edilən kitabda Ulu Öndərin fəaliyyəti geniş təhlil …

Read More »

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub

Xəbər verildiyi kimi, yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin (ADSW) rəsmi açılış mərasimi keçirilib. Mərasimdə fəxri qonaq kimi iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə çıxış edib. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimi dünyanın davamlılıq ictimaiyyətini bir araya gətirir və bu, müzakirələr, debatlar üçün gündəliyi müəyyən edir. Bu mötəbər tədbirdə dünya liderlərindən və yüksək səviyyəli siyasətçilərdən …

Read More »

Samir Adıgözəlli: “…Ermənilərlə fransızlar eyni xalq olmadıqları kimi, eyni sivilizasiyaya da aid deyillər”

Ermənilərlə fransızların “bacı” olduqlarını bilirdik. Bunu dünyada bilməyən yoxdur ki, Fransa Ermənistanın “böyük bacısıdır”, Ermənistan da özünü onun “kiçik bacısı” adılandırır. Son bir neçə ildə bu cüt bacının Azərbaycana qarşı tutduqları birgə mövqe də bəllidir. Bu barədə çox danışılıb, çox yazılıb. Ermənistanla Fransa, ermənilərlə fransızlar bir-birinə yaxın olduqlarını sübut etmək üçün hər vasitəyə əl atırlar. İndi də onlar özlərindən yeni …

Read More »

Babək Muğanlı: “İranın ən böyük qorxusu Quzey Azərbaycandır”

Cənubi Azərbaycan mövzusunda “Arazı ayıra bilmədilər, Kürlə doyura bilmədilər…” rubrikamızın qonağı Dünya Azərbaycanlıları Konqresinin  (DAK) Güney Azərbaycan nümayəndəliyinin rəhbəri, molla rejiminin zülmündən köçüb Şimali Azərbaycana gələn şair Babək Muğanlıdır. 1965-ci ildə Ərdəbil vilayətinin Muğan bölgəsində, Parsabad şəhərdə anadan olan B.Muğanlı ali təhsillidir, ali məktəblərin birində iradəetmə ixtisası üzrə təhsil alıb. Orada müəyyən işlərlə məşğul olub, milli fəal olduğu üçün molla …

Read More »

Revanşistlər prosesin yekunlaşmasına mane olur

“Yaxın onillikdə Ermənistanla Türkiyə arasında hər hansı ciddi münasibətlərin qurulacağına inanmıram” Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımların atıldığı deyilir. Tərəflərin müzakirələri nəticəsində hava yolu ilə yükdaşımaları artıq mümkün olub, qarşılıqlı uçuşlar davam edir. İnsanlar arasında təmas başlayıb və gediş-gəliş nisbətən rahatlaşıb. Normallaşma prosesində gözlə görülməyən hadisələr də var. Əvvəllər Türkiyə vətəndaşları Ermənistana səfər etmək üçün vizanı İrəvanın …

Read More »

“Bir milyondan artıq soydaşımız Qəbri Azərbaycana dönmək istəyir”- İcma Sədri

“Qərbi Azərbaycandan olan soydaşlarımızın Qərbi Azərbaycan İcmasına müraciətlərinin sayı günbəgün artır. Orta hesabla hər gün 250-300 soydaşımız İcmaya gəlir, rəsmi şəkildə müraciət yazır”. araz.az qeyd edir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, Millət vəkili Əziz Ələkbərli bildirib.O əlavə edib ki, müraciət edən insanlar qeydiyyata düşmək və öz tarixi torpaqlarına dönə bilmək, orda qoyub gəldikləri əcdadlarının qəbirlərini ziyarət etmək üçün kütləvi …

Read More »

SABİR RÜSTƏMXANLI SÖHBƏTLƏRİ: DİLİMİZİN İŞĞALI VƏ “XIRDA MƏSƏLƏLƏR” – VİDEO

“Yeni ildəki ilk görüşümüzdə mən çoxlarının xırda saydığı 2 məsələyə toxunmaq istəyirəm. Bunları Milli Məclisin ötənilki axırıncı iclasında da dilə gətirdim və müəyyən anlaşılmaz reaksiyalar doğurdu”. Bu fikirləri Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az saytının “Sabir Rüstəmxanlı söhbətləri” verilişində deyib. Millət vəkilinin sözlərinə görə, Milli Məclisin son iclasında 2023-cü ilin ilk günündən doğulan uşaqların soyadlarının milli olması təklifi ilə …

Read More »