Əgər İrəvan Azərbaycanın şərtlərini qəbul edib sülh müqaviləsi imzalamasa, onu yeni müharibə gözləyir. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri Jirayr Liparityan deyib. Jurnalistin “sülh müqaviləsinin imzalanması Qarabağın Azərbaycan ərazisi kimi tanınması olacaq” replikasına Liparityan belə cavab verib: “Bizim müqavimət üçün imkanımız varmı? Niyə biz əldə edə bilməyəcəyimizi tələb edirik?” O vurğulayıb ki, 44 günlük …
Read More »ASAP tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ölkə daxilində və xaricdə “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib. Ümummilli Lider Heydər Əliyev hər zaman xalqımızın xeyriyyəçilik ənənələrini yüksək qiymətləndirmişdir. Bu gün hər bir vətəndaşımızın üzərinə …
Read More »MM sədri Azərbaycanla bağlı qərəzli qətnamələrin qəbul edilməsini pisləyib
Milli Məclisin sədri Sahibə Qafarova Fransa Senatında və Milli Assambleyada Azərbaycanla bağlı qərəzli qətnamələrin qəbul edilməsini pisləyib. Boyukmillet.com xəbər verir ki, spiker bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşü zamanı narazılığını ifadə edib. O, ötən dövrlərdə ikitərəfli münasibətlərdə əldə olunmuş bu nailiyyətlərə baxmayaraq, bəzi Fransa rəsmilərinin və siyasətçilərinin Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə açıq …
Read More »“Prezidentin Şuşadan xalqa müraciət etməsinin rəmzi, tarixi və siyasi əhəmiyyəti böyükdür” – RƏY
“Ümummilli Lider Heydər Əliyevin 100 illiyində Prezident İlham Əliyevin Şuşadan xalqa müraciət etməsinin rəmzi, tarixi və siyasi əhəmiyyəti çox böyükdür. Bu müraciətin məhz Şuşadan edilməsi bu şəhərin əzəldən Azərbaycanın olmasının göstəricidir. Bu o deməkdir ki, biz Şuşaya qayıtmışıq və Şuşa dirçəlir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, Ulu Öndərin ən …
Read More »Hulusi Akar: “Ermənistan başqalarının dedikləri ilə oturub-durmamalıdır”
“Ermənistan başqalarının dedikləri ilə oturub-durmamalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib. Onun sözlərinə görə, Ermənistanın regiondakı yeni reallıqlara uyğun davranması həm bölgə, həm də onların özlərinin xeyrinədir: “Azərbaycanla Türkiyə birgə Ermənistana sülh əlini uzadıb. Ankara və Bakı uzadılan sülh əlinin tutulmasını istəyir. Biz sülh …
Read More »Azərbaycan Prezidentinin növbəti Əfv Sərəncamı dövlətimizin humanistliyinin göstəricisidir
Əlamətdar günlər ərəfəsində Prezident İlham Əliyevin azadlıqdan məhrum edilənlərlə bağlı əfv sərəncamları imzalaması artıq ənənə halını alıb. Dövlətimizin başçısının bu humanist addımı cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Boyukmillet.com xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Sərəncamla 463 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad edildiyini xatırladan politoloq bildirib ki, azadlığa çıxan məhkumlar islah olunduqlarını söyləyir, bir daha cinayət törətməyəcəklərinə söz …
Read More »Azərbaycan Prezidenti və birinci xanım Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma küçədə aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verildi. Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin edən və xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilən Dəmir Yumruğun şərəfinə adlandırılan bu küçə şəhərin mərkəzi hissələrini əhatə edir. …
Read More »Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada …
Read More »Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı oldu
Mayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol yatağına uyğun olaraq 10-14 metr aralığında …
Read More »Fazil Mustafa “Avroviziya”dan danışdı: “Bəzi ölkələrin qiyafətində görünməyimiz lazım deyil”
“Avroviziya” ilə bağlı yarışları izləmirəm. Mənim maraq dairəmə aid deyil. Amma müəyyən kəsim insanları maraqlandırırsa, yarışmanın hansısa tələbləri varsa, bu tələblərə uyğun şəkildə təmsilçiliyi zərərli hesab etmirəm. Azərbaycan olaraq bütün platformalarda təmsil olunmağa çalışmalıyıq. Təbii ki, “Avroviziya”da Azərbaycan xarakterini, mədəniyyətini nümayiş etdirməliyik. Qalib gəlmək, yaxud hansısa şəkildə tələb olunan formalara girmək yerinə daha çox Azərbaycanın tanıtımı, Azərbaycan mahnılarının səslənməsini təmin …
Read More »