Bazar ertəsi , 24 Fevral 2025

Siyasət

Samir Adıgözəlli: “Söhbəti ermənilərin tələbi olan statusdan başlamaq fayda verən deyil”

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, ölkəsi Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla danışıqları bərpa etməyə hazırdır. Paşinyan danışıqlarla bağlı ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözlədiyini bildirib: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin danışıqları bərpa etməklə bağlı çağırışlarına geri dönərək demək istəyirəm ki, Ermənistan ən yüksək səviyyəli danışıqlarda iştirak etməyə hazırdır. Biz konkret təkliflər gözləyirik”. Paşinyanın sözlərinə görə, İrəvan regional …

Read More »

Ermənistan 10 noyabr bəyanatından qaçmaq üçün təxribatlara əl atır

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Muğam tv-yə Qarabağdakı gərgin vəziyyətlə bağlı müsahibə verib. Boyukmillet.com olaraq həmin müsahibəni sizlərə təqdim edirik.

Read More »

“İki ölkə erməniləri revanşa hazırlayır!”

Son günlər Ermənistanla yanaşı, Rusiya və İranın da bəzi addımları regionda vəziyyətin yenidən gərginləşməsinə səbəb olub. İranın yük avtomobilləri Laçın dəhlizini keçməklə erməni separatçılarına hansısa müəmmalı yüklər çatdırır və Rusiya sülhməramlıları buna hər cür şərait yaradır. Sülhməramlılar Ermənistan ordusunu və separatçıların qalıqlarını bu ərazilərdən çıxarmaq əvəzinə, onlara hansısa postların qurulmasında yardım göstərir, Ermənistandan Qarabağa hərbi qüvvələrin daşınmasına göz yumurlar. Rəsmi …

Read More »

Ordumuz hər gün zərbə endirməlidir, yoxsa… – Politoloq

Bakı heç bir halda Qarabağda Ermənistan Silahlı Qüvvələrinin olmasını qəbul etməyəcək. Məhz bu səbəbdən Rusiya Federasiyasının sülhməramlıları ilə işləmək mexanizmləri və üsulları yenidən nəzərdən keçirilməlidir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri azərbaycanlı politoloq, “Valday” beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov deyib. “Görünür ki, Azərbaycan silahlı qüvvələri hər gün Qarabağda gizlənən erməni terrorçularının mövqelərinə, silah-sursat bazalarına, anbarlarına və texnikalarına zərbələr endirməlidir …

Read More »

“Paşinyanı bu razılaşmaya Prezident Əliyevin açıq bəyanatları məcbur etdi, ancaq o yenə oynayır…” – Aydın Quliyev

Ermənistan hökumətinin iclasında Paşinyanın Prezident İlham Əliyevlə Qarabağa dair və regional məsələlərlə bağlı danışıqları bərpa etməyə hazır olduğunu bəyan etməsi növbəti qara və pozucu niyyətli oyundan başqa bir şey deyil. Bu barədə “Bakı-Xəbər” media qrupunun rəhbəri, poltoloq Aydın Quliyev rəsmi Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: Bəzi sosial şəbəkə fəalları artıq indidən Paşinyanın bəyanatından bir qədər sevincərək olsalar da, …

Read More »

“Deyirlər ki, müharibə yenidən başlaya bilər…” – Tofiq Zülfüqarovdan ŞƏRH

Son günlər Ermənistan üçtərəfli bəyanatı kobud şəkildə pozur. Belə ki, Ermənistan hərbçilərinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşınması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarının qoyulması halları müşahidə olunur. Bu kimi hallar rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə baş verir. Nədənsə, sülhməramlılar Ermənistanın təxribatlarına göz yumur. Ötən …

Read More »

Prezident iki yeni vitse-prezident TƏYİN ETDİ – SƏRƏNCAM

Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər sərəncamla Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Read More »

Anar Əsədli Xarici İşlər Naziri ilə görüşdü

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Şimali Kipr Türk Respublikasına (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) səfəri çərçivəsində növbəti görüşünü bu ölkənin Xarici İşlər Naziri, KKTC Ulusal Birlik Partiyasının Başqanı Tahsin Ertuğruloğlu ilə keçirib.  İlk öncə Şimali Kipr Türk Respublikasına səfərin məqsədi barədə danışan A. Əsədli rəhbərlik etdiyi AY Partiyası haqda Xarici İşlər Nazirini məlumatlandırıb. İki qardaş ölkə arasında mövcud olan əlaqələrdən …

Read More »

Vahabzadə Jirinovskinin məktubundan danışdı: “Nəyi bacarır, onu da eləsin”

“Kim nəyi bacarır, onu da eləsin. Verən versin, yazan yazsın, deyən desin”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadə deyib. “Mən bir şey demədən qabaq fikirləşib elə deyirəm. Sözümü demişəm, söhbəti uzatmağa ehtiyac yoxdur”,-deyə diplomat vurğulayıb. Xatırladaq ki, İsfəndiyar Vahabzadənin Jirinovski və “rus milləti”ni təhqir etdiyi, “donuzlar”, “eşşək” və s. …

Read More »

“Qarabağdan həyəcanverici xəbərlər gəlir”- Politoloqdan önəmli açıqlama

“Qarabağdan yenə həyəcanverici xəbərlər gəlir. Rusiya Ermənistandan Qarabağa erməni hərbçilərinin keçidinə şərait yaradır, görüntülər var”. Boyukmillet.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Ermənistan hakimiyyətinin sülh sazişinin və sərhədin müəyyənləşdirilməsi məqsədilə demlitasiya və demarkasiya danışıqlarından imtina siyasətinin arxasında da Rusiyadakı siyasi və hərbi mərkəzlərin dəst-xətti hiss olunur, yoxsa rəsmi İrəvan Ermənistan üçün ağır nəticələnən müharibədən sonra …

Read More »